“ADY Express” Qazaxıstandan Qərb istiqamətində mazut daşınmalarına başlayır

Bakı, 16 mart, AZƏRTAC
Qərb ölkələri tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, nəqliyyat və logistika sisteminə təsirsiz ötüşmür. Yük sahibləri artıq Rusiya ərazisindən tranzit yükdaşımalarından imtina edərək, yük axınlarının istiqamətini dəyişdirməyə çalışırlar. Bu, ilk növbədə, Rusiyanın Avropa ilə sərhədlərinin qapalı olması və dəniz limanlarının fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır.
Azərbaycan ərazisindən keçən “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizi alternativ marşrutlardan biri kimi seçilir. Artıq qazaxıstanlı yük sahibləri, Qərb istiqamətində daşımalarda bu koridordan yararlanmağa başlayıblar. Belə ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin struktur vahidi olan “ADY Express” MMC artıq Qazaxıstandan Qərb istiqamətində mazut daşınmalarına start verib.
MMC-dən AZƏRTAC-a bildirilib ki, şirkətə daxil olan sorğuya əsasən, mart ayı ərzində Gürcüstanın Batumi limanına qədər Qazaxıstandan mazutun nəql edilməsi planlaşdırılır.
Mazut Qazaxıstanın, Tekesu stansiyasında çən vaqonları yüklənərək daha sonra Ələt limanına çatdırılacaq, buradan isə dəmir yolu ilə Batumi limanına nəql ediləcək. Yüklərin bir qisminin Qazaxıstan-Rusiya-Azərbaycan-Gürcüstan marşrutundan istifadə edilərək nəql olunacağı nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]