AFFA-nın baş katibi FIFA-da bir sıra görüşlər keçirib
Bakı, 9 aprel, AZƏRTAC
AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub.
AFFA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, o, FIFA-nın Parisdə yerləşən ofisində bir sıra görüşlər keçirib. C.Fərəcullayev tanışlıq çərçivəsində ali futbol qurumunun Avropa üzrə regional direktoru Elxan Məmmədov, Regional koordinatoru Marion Gavat, həmçinin FIFA-nın bəzi departament rəhbərləri ilə görüşüb.
Görüşlərdə ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları, kütləviliyin və futbola marağın artırılması məsələləri müzakirə olunub.
Eyni zamanda baş katibə FIFA-nın müxtəlif proqramları haqqında məlumat verilib.