AFR-də cinayətkarlıq artır
Berlin, 14 noyabr, AZƏRTAC
Almaniyada kriminogen durum getdikcə pisləşir.
AZƏRTAC xəbər verir ki, federal polis Yaxın Şərqdə baş verən hadisələrlə bağlı təkcə son həftə ərzində 3149 cinayət qeydə alıb. Bu hadisələr arasında milli və dini zəmində ədavət əsasında cinayətlər üstünlük təşkil edir.
Bununla yanaşı, polis 2249 cinayəti “əcnəbi ideologiyası”na aid edir. Bu göstəricinin payına bütün cinayətlərin üçdə ikisi (71,42 faiz) düşür. Sonrakı yerlərdə “Digər kateqoriyalar (449), “Radikal ideologiya” (287), “Sağçı baxışlar” (145) və “Solçu baxışlar” (19) gəlir.
Cinayətlərin əksəriyyəti əmlaka ziyan vurma (945), ədavətin qızışdırılması (494) və zorakı cinayətlər (434) ilə bağlı olub. Zorakı cinayətlərə müqavimət göstərmə (232), bədən xəsarətləri yetirmə (101) və ictimai asayişin pozulması (82) aid edilir. Bu cinayətlər əsasən paytaxtda nümayişlər zamanı qeydə alınıb.
Polis xarici dövlətlərin bayrağına və gerbinə münasibətdə ziyanvurma ilə bağlı 127 şübhəli hadisəni təhqiq edir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]
Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir
- 05.10.2026 [17:30]