AĞ EVDƏ CASUS TAPILMIŞDIR
Əslən filippinli olan ABŞ vətəndaşı 46 yaşlı Leandro Araqonsilyo təxminən üç il ərzində orada casusluqla maneəsiz məşğul olmuşdur. Bildirilir ki, o, ABŞ hökumətinin ən məxfi şöbəsinə yol taparaq, hökumətin kompüterlərindən son dərəcə gizli məlumatları oğurlayırmış. Federal Təhqiqat Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsi nümayəndələrinin dediklərinə görə, casusun Ağ evdə işləməsi ölkənin müasir tarixində ilk hadisədir.
Araqonsilyo Ağ evə 1999-cu ildə keşikçi kimi gəlmişdir. 2000-ci ildə o vaxtkı vitse-prezident Albert Qorun aparatında işləmişdir. Araqonsilyo sabiq Prezident Bill Klintonun, habelə Kondoliza Rays Prezident Corc Buşun milli təhlükəsizlik üzrə köməkçisi işləyərkən onun da əməkdaşı olmuşdur. Onun casusluqla məşğul olduğu ötən il ifşa edilmişdir. Bu vaxt o, FTB-nin kəşfiyyat mərkəzində çalışırdı. Buna baxmayaraq, yalnız keçən ay həbs olunmuşdur. Keçmiş casus FTB-nin kompüterlərindən 100-dən artıq məxfi sənəd oğurlamaqda təqsirləndirilir.
Adları çəkilməyən rəsmi şəxslərin məlumatına görə, Araqonsilyo tarixi vətəni ilə əlaqə saxlayır, lakin onun hökumətinin əleyhinə işləyirdi. Bildirilir ki, o, ABŞ vitse-prezidentinin ofisində Filippin Prezidenti barədə ifşaedici məlumatlar toplayaraq, onları dövlət çevrilişinə hazırlaşan müxalifətin nümayəndələrinə vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.11.2026 [19:23]
İsveçdə yanacağın və ictimai nəqliyyatın qiymətlərinin artacağı gözlənilir
- 09.11.2026 [18:23]
2026-cı il tarixdə ən isti dörd ildən biri olacaq
- 09.11.2026 [17:00]
Ukrayna Ordusunda Kosmik Qüvvələri yaradılır
- 09.11.2026 [14:24]
Odessaya hava zərbəsi endirilib, 3 nəfər həlak olub
- 09.11.2026 [12:43]
Fransada Emmanuel Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb
- 09.11.2026 [12:35]
Antalyada keçirilən COP31-də qlobal iqlim gündəliyi müzakirə olunur
- 09.11.2026 [10:09]
Ötən gecə Rusiya tərəfindən 430 PUA vurulub
Vyanada Zəfər Günü qeyd olunub
- [17:49]
Dohada Zəfər Günü qeyd olunub
- [16:37]
Zəfər Günü Tallində qeyd olunub
- [15:44]
Brüsseldə Zəfərdən danışılıb
- [14:21]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
- [11:17]
Birjalarda neft bahalaşıb
- [08:37]