AĞ EVİN YENİ MƏTBUAT KATİBİ YUMORLU ADAMDIR
Mütəxəssislər ABŞ Prezidentinin keçmiş və indiki mətbuat katiblərinin ilk dörd ayda, yəni Foks Nyus telekanalının sabiq şərhçisinin rəsmi vəzifədə işlədiyi dövrdə brifinqlərin materiallarını öyrəndikdən və bu materiallarda neçə dəfə “gülüş” sözü yazdığını hesabladıqdan sonra belə qənaətə gəlmişlər.
Jurnalistlərin fikrincə, Snounun cavabları dinləyiciləri daha çox məftun edir və reportyorlarda özünə rəğbət hissləri oyadan adamla işləmək daha xoşdur. Bəzi qələm sahiblərinin sözlərinə görə, Makklellan mətbuat katibi vəzifəsində həddindən ziyadə ehtiyatlı idi və çox vaxt sualları eşitməzliyə vururdu.
Snou demişdir: “Bu iş xoşuma gəlir və zənnimcə, yumor onun bir hissəsidir. Elə brifinqə toplaşan adamlar da xoşuma gəlirlər. İnanın ki, özümü qətiyyən yadlar arasında hiss etmirəm. Sadəcə olaraq, gərək öz simanı itirməyəsən, dondan dona girməyəsən”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]
Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq
- 16.10.2026 [11:46]