REGİONLAR
Ağcabədi: bayram yarmarkasında qiymətlər bazardakından 20-25 faiz ucuzdur
Ağcabədi, 29 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Ağcabədi rayonunda ərzaq və kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, şəhərin mərkəzi stadionunda keçirilən yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyətli olması, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin edilib. Əhalinin ərzaq məhsullarına olan tələbatını ödəmək, süni qiymət artımının qarşısını almaq məqsədilə təşkil olunan yarmarkaya fermer və sahibkarlar tərəfindən müxtəlif növ ərzaq məhsulları çıxarılıb. Məhsullar bazar qiymətlərindən 20-25 faiz ucuz satılıb.
Sakinlər bayram yarmarkasında satılan məhsulların keyfiyyətindən və qiymətlərindən razı qaldıqlarını bildiriblər.