REGİONLAR
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Yeni il şənliyi keçirilib
Ağcabədi, 25 dekabr, AZƏRTAC
Ağcabədi Günərzi Qayğı Mərkəzi, Heydər Əliyev Mərkəzi və İcma əsaslı Reabilitasiya Mərkəzi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, Ağcabədi Günərzi Qayğı Mərkəzinin rəhbəri Gülər Cəfərova, mədəniyyət işçisi Gündüz Sevindik, İcma əsaslı Reabilitasiya Mərkəzinin rəhbəri Əsmər Mahmudova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin rəhbəri Əli Əhmədov çıxış edərək 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə iştirakçıları təbrik edib, onlara xoşbəxtlik və firavan həyat arzulayıblar.
Bayram tədbirində Heydər Əliyev Mərkəzinin “Rəqs” kursunun üzvlərinin və Günərzi Qayğı Mərkəzinin uşaqlarının ifasında bir-birindən gözəl rəqs təqdim olunub. Günərzi Qayğı Mərkəzi və İcma əsaslı Reabilitasiya Mərkəzinin sakinləri şeirlər söyləyib, rayon Mədəniyyət Mərkəzinin rəqs qrupunun və Heydər Əliyev Mərkəzinin həvəskar aktyorluq və bədii qiraət kursunun üzvlərinin ifasında kompozisiya nümayiş olunub. Uşaqlara Yeni il hədiyyəsi təqdim edilib.
Sonda Günərzi Qayğı Mərkəzində bayram süfrəsi açılıb.