SİYASƏT
Ağcabədidə Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilmişdir
Ağcabədi, 9 noyabr (AZƏRTAC). Ağcabədi şəhərindəki dövlət bayrağı meydanında Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə bildirilmişdir ki, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunmuş üçrəngli bayrağımız sovet hakimiyyəti qurulduqdan sonra dəfələrlə dəyişdirilmiş, 1990-cı ilin noyabrında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə yenidən bərpa olunmuşdur. Çıxışlarda ötən il sentyabrın 1-də Bakı şəhərində Dövlət Bayrağı Meydanının açılmasından və dünyanın ən uca bayrağının Azərbaycanda dalğalanmasından bəhs edilmiş, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyəti yüksək qiymətləndirilmişdir.
Tədbir konsert proqramı ilə davam etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [18:58]
FIFA prezidenti COP29-a dəvət olunub
- 07.05.2024 [17:44]
Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb
- 07.05.2024 [17:29]
Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib
- 07.05.2024 [16:28]
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib
- 07.05.2024 [16:01]