Ağcabədidə “Şəhid şəhər” adlı sərgi açılıb
Ağcabədi, 9 fevral, AZƏRTAC
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar olaraq “Şəhid şəhər” adlı sərgi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərgidə faciəni özündə əks etdirən fotolar, sənədlər, kitab və jurnallar və mərkəzdə fəaliyyət göstərən “Rəsm” kursunun üzvlərinin rəsm əsərləri nümayiş etdirilir. Sərgi fevralın 28-dək davam edəcək. Pandemiya qaydaları gözlənilməklə istənilən şəxs sərgi ilə tanış ola bilər.