Ağcabədidə “Şərqdən doğan opera günəşi” adlı sərgi açılıb
Ağcabədi, 9 sentyabr, AZƏRTAC
Ağcabədi rayon Heydər Əliyev Mərkəzində dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 136 illiyi və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə “Şərqdən doğan opera günəşi” adlı sərgi təşkil edilib.
Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Üzeyir Hacıbəylinin həyat və fəaliyyətini əks etdirən kitab, qəzet və jurnallardan, eləcə də mərkəzdə fəaliyyət göstərən kurs üzvlərinin əl işlərindən ibarət sərgi sentyabrın 20-dək davam edəcək.
Karantin rejiminin tələbləri qorunmaqla, istənilən şəxs sərgi ilə tanış ola bilər.