AĞCABƏDİDƏ YAŞILLAŞDIRMA İŞLƏRİ APARILIR
Ağcabədi, 16 mart (AZƏRTAC). Prezident İlham Əliyevin ölkə ərazisində ağac əkilməsi ilə əlaqədar verdiyi tapşırıq və tövsiyələr, habelə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar Ağcabədi rayonunda geniş yaşıllaşdırma işləri aparılır.
Ağcabədi Rayon İcra Hakimiyyətində hazırlanan tədbirlər planına uyğun olaraq 2009-cu ilin noyabr-dekabr aylarında magistral yolların kənarına 40 mindən çox kiparis, sərv, şam, xan çinarı və digər növ ağaclar əkilmiş, onlara lazımi aqrotexniki xidmət göstərilmişdir. 500-dən çox limonlu tuya, Vaşinqton palması, palma, serkas və digər dekorativ həmişəyaşıl ağaclar dibçəklərdə əkilib şəhərin küçə və prospektlərində səki kənarlarına qoyulmuşdur.
Ekoloji mühitin sağlamlaşdırılması məqsədilə rayonda növbəti ağacəkmə aksiyası keçirilmişdir. Aksiya zamanı 4 mindən çox ağac əkilmişdir. Ümumilikdə 2010-cu ildə keçirilən iməciliklər zamanı 20 mindən çox ağac əkilmişdir. Aprel ayınadək rayonda 30 mindən çox müxtəlif növ ağac əkilməsi planlaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]