REGİONLAR
Ağdam Dövlət Dram Teatrında “Sehrbaz qadın” tamaşasına ictimai baxış olub
Ağdam, 7 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam Dövlət Dram Teatrında fransız yazıçısı Şarl Perronun “Sehrbaz qadın” tamaşasına ictimai baxış keçirilib.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Kərim Həsənli, rəssamı Elman Balakişiyev, musiqi tərtibatçısı Azər Şükürovdur. Tamaşada əsas rolları Əməkdar Artist Aidə Qasımova, Xəyalə Xudadatova, Nizami Əsgəroğlu, Elgiz Mürşüdov və başqaları ifa edirlər. İlk tamaşa uğurla başa çatıb.
Teatrın direktoru Məhəmməd Hüseynov bildirib ki, bu il teatrda Miroslav Mitoreviçin “Gecə yarısı soyğunçuluq”, Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir”, Arif Mədətovun “Çarəsiz evlənmə” tamaşaları səhnələşdirilib. İlin sonunadək isə Elçin Hüseynbəylinin “Qaçaq qocalar” tamaşası hazırlanacaq.