Ağdam sakini minaya düşüb
Bakı, 3 mart, AZƏRTAC
Martın 3-də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Məlumatda bildirilib ki, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nəticəsində hər iki ayağından xəsarət alıb.
O, xəstəxanaya təxliyə edilib.
DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:31]
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
- 13.10.2026 [15:51]
ƏMAS-da əvvəlki iş yerlərinə dair arayış əldə etmək mümkündür
- 13.10.2026 [15:45]
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edilib VİDEO
- 13.10.2026 [14:42]
Azərbaycanda polad konstruksiyalar üzrə yeni elmi-texniki kitab nəşr olunub
- 13.10.2026 [14:27]