REGİONLAR
Ağdamda 1055,2 hektar sahədə təkrar əkin aparılıb
Ağdam, 7 oktyabr, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Ağdam rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı, həmçinin payızlıq əkinlər üçün şum və səpin işləri davam edir.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, torpaq mülkiyyətçiləri bu günədək 52 min 160 ton taxıl, 275 ton dən üçün qarğıdalı, 6,8 ton günəbaxan dəni, 80 min 728 ton tərəvəz, 2570 ton bostan məhsulları, 5923 ton kartof, 15 min 118 ton şəkər çuğunduru, 1060 ton meyvə, 79,5 ton üzüm, 1068,7 ton pambıq istehsal ediblər.
Torpaqdan səmərəli istifadə edən fermerlər 13 min 244 hektar sahədə şum qaldıraraq, 1474 hektar sahədə yaşıl yem üçün xəsil, 1055,2 hektarda təkrar əkin aparıblar.