REGİONLAR
Ağdamda qazilərin problemləri dinlənilib
Ağdam, 13 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunda da şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşılır, onlarla mütəmadi olaraq görüşlər keçirilir, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər görülür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qazilərlə növbəti görüş rayonun Qaradağlı kəndində keçirilib. Görüşdə qazilərin qarşılaşdıqları problemlər və onların həlli mexanizmləri geniş müzakirə edilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov bu kimi görüşlərin Prezident İlham Əliyevin Vətən müharibəsi iştirakçılarına olan diqqət və qayğısından irəli gəldiyini vurğulayıb. Bildirib ki, qazilərin üzləşdiyi hər-hansı çətinliyin aradan qaldırılması dövlət orqanlarının qarşısında duran ən vacib məsələlərdəndir.
Görüşdə, həmçinin Vətən müharibəsi qazisi, rayonun Şükürağalı kənd sakini Usubov Rail Qüdrət oğlunun doğum günü qeyd edilib.
Görüşün sonunda qazilər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.