Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ağdamda “Sara” romanının təqdimatı olub

Ağdam, 15 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Noyabrın 15-də Ağdam rayonunun işğaldan azad edilmiş hissəsindəki Şahbulaq qalasında yazıçı-jurnalist İlqar Rəsulun “Sara” romanının təqdimatı olub. Azərbaycan Yazıçılar Birliyi və Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, “Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyi, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə ictimai-siyasi xadimlər, yazarlar, QHT və media rəhbərləri, jurnalistlər, şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ağdam şəhərində İmarət kompleksinə, Ağdam Cümə məscidinə, yerlə-yeksan edilmiş Şəhidlər xiyabanına baxış keçirib, Ağdam Sənaye Parkında görülən işlərlə tanış olublar.

Tədbir torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda canlarından keçən qəhrəman Vətən oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, yazıçı-publisist İlqar Əlfioğlu, jurnalist Qabil Abbasoğlu çıxış edərək, yazıçı-jurnalist İlqar Rəsulun yaradıcılığından danışıb, “Sara” romanı haqqında fikirlərini səsləndiriblər.

Bildirilib ki, roman Qarabağ müharibәsindә әsir, girov, itkin düşmüş, elәcә dә şәhid vә qazi olmuş azәrbaycanlıların xatirәsinә hәsr edilib. Əsәrin yazılmasında real faktlardan, tarixi sәnәdlərdən, rəsmi qurumların və beynәlxalq tәşkilatların hesabatlarından, keçmiş döyüşçülәrin, elәcә dә müharibә zamanı Ermәnistan ordusu tәrәfindәn әsir vә ya girov götürülmüş insanların ifadәlәrindәn istifadә olunub. Romanda adıçəkilәn insanların çoxu gerçәk obrazlardır. Əsər yazılarkәn onların bir qismi artıq hәyatda olmadığından ailә üzvlәri, qohumları ilә söhbәtlər aparılıb. Əsaslı sәbәblәrә görә bәzi obrazların adı dәyişdirilib. Ancaq bütün hallarda bu roman yazıçı tәxәyyülünün mәhsulu, bәdii әsәrdir.

“Sara” romanı ermәni әsirliyindә saxlanılan gәnc qızın mәşәqqәtli taleyindәn bәhs edir. Roman müharibә dövrünün insan mәnzәrәlәri ilә zәngin, dәrin psixologizmi ilә seçilәn hәm faciә, hәm dә qәhrәmanlıq salnamәsidir.

Real prototiplәri olan obrazlar qalereyası, Qarabağ müharibәsi, xüsusәn 1991-1994-cü illәrin hadisәlәri ilә bağlı dәqiq tarixlәrdәn istifadә olunması, Cümhuriyyәt dövrünә aid ekskurslar müәllifin bәdii üslubuna vә özünәxas tәhkiyәsinә әlavә çalarlar qatır. İşgәncә faktlarına - rәsmi qurumların mәlumatlarına, arxiv materiallarına, yerli vә beynәlxalq tәşkilatların hesabatlarına, tarixi sәnәdlәrә, azәrbaycanlı, ermәni vә digәr müәlliflәrin real hadisәlәri әks etdirәn әsәrlәrinә, mәqalәlәrә, şahid ifadәlәrinә әsaslanaraq yazılan “Sara” romanı Vәtәn müharibәsi - günümüzün möhtәşәm hadisәlәri ilә sәslәşәn mәntiqi sonluqla başa çatır.

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov çıxışında müəllifi təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb. Bildirib ki, işğaldan azad edilən Ağdam şəhərində ilk dəfədir kitab təqdimatı keçirilir. Bundan əvvəl Ağdam şəhərində Azərbaycan rəssamlarının iştirakı ilə “Ağdamın mənzərələri" adlı etüd-sərgi, Xalq rəssamı Arif Hüseynovun “Ağdama ithaf” üçlüyünün təqdimatı təşkil edilib. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı quran, yaradan, mədəniyyətə, incəsənətə dəyər verən xalqdır.

Yazıçı-jurnalist İlqar Rəsul çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Sonra müəllifin imzalı kitabı iştirakçılara paylanılıb.

Yazıçı-jurnalist İlqar Rəsul AZƏRTAC-a müsahibəsində deyib: “İndiyədək beş kitabım işıq üzü görsə də, ilk dəfədir təqdimat mərasimi keçirilir. Hesab etdim ki, işğaldan azad olunmuş şəhərin yazıçısının orada öz əsərinin təqdimatının keçirilməsi yaxşı haldır, rəmzi xarakter daşıyır. Bizə bu şəraiti yaratdığına görə Ali Baş Komandana, Azərbaycan əsgərinə minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycanda dövlət, Ali Baş Komandan, əsgərlər öz işlərini görüb, hərbi-siyasi müstəvidə Qələbə qazanıb, torpaqlarımız işğaldan azad edilib. Eləcə də yaradıcı insanlar öz sözlərini deməli, kitablar yazılmalı, filmlər çəkilməlidir ki, xalq keçmişini unutmasın və gələcəyə hazır olsun”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH