AĞDAMDA SU PROBLEMİ HƏLL OLUNUR
Rayon subartezian quyularının təmiri və istismarı idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, son vaxtlar rayonda Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyinin xətti ilə 267 subartezian quyusu bərpa olunub və hazırda 690 quyudan 570-i işləyir. Görülmüş tədbirlər nəticəsində 20 min hektara yaxın sahə suvarma suyu ilə təmin edilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən 149 əvəzinə 266 quyu qazılmış, ərazidəki boru xətləri, kanal, bir neçə irriqasiya və su xətləri bərpa olunmuşdur. Yaxın vaxtlarda “Quzanlı-1” və “Quzanlı-2” nasos stansiyaları da bərpa ediləcəkdir.