İDMAN
Ağdamın “Qarabağ” komandasının futbolçusu Gürcüstan – Fransa oyununda start heyətdə yer almışdır
Bakı, 7 sentyabr (AZƏRTAC). Futbol üzrə Gürcüstan yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirmişdir.
AZƏRTAC xəbər verir ki, Gürcüstan millisi öz meydanında Fransa yığmasını qəbul etmişdir. Gürcüstan yığmasının heyətində Topaz Premyer Liqasında çıxış edən bir futbolçu da bu oyunda iştirak etmişdir. Bu, Ağdamın “Qarabağ” komandasının formasını geyən Nikolas Gelaşvilidir. Start heyətdə meydana çıxan futbolçu 79-cu dəqiqədə əvəzlənmişdir.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunda hesab açılmamışdır.
İlk dəfə Gürcüstan yığmasına dəvət olunan Bakının “İnter” klubunun hücumçusu Baçana Sxadadze isə ehtiyatda qalmışdır.