Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdaş rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:

Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

1. Məşəd kənd inzibati ərazi dairəsi tərkibindəki Məşəd kəndi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılsın.

2. Məşəd kənd inzibati ərazi dairəsinin mərkəzi Məşəd kəndindən Gürcüva kəndinə keçirilsin və Məşəd kənd inzibati ərazi dairəsi Gürcüva kənd inzibati ərazi dairəsi hesab edilsin.

3. Ağdaş şəhər inzibati ərazi dairəsinin tərkibindəki Ağdaş şəhəri ilə həmsərhəd olan Yuxarı Qəsil kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Qəsil kəndinin ərazisindən 320,95 ha (bundan dövlət mülkiyyətində olan 95,89 ha, bələdiyyə mülkiyyətində olan 22,33 ha və xüsusi mülkiyyətdə olan 202,73 ha), Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindəki Dəhnəxəlil kəndinin ərazisindən 239,64 ha (bundan dövlət mülkiyyətində olan 24,9 ha, bələdiyyə mülkiyyətində olan 94,0 ha və xüsusi mülkiyyətdə olan 120,74 ha), Aşağı Zeynəddin kənd inzibati ərazi dairəsi tərkibindəki Aşağı Zeynəddin kəndinin ərazisindən 141,8 ha (bundan dövlət mülkiyyətində olan 42,7 ha və xüsusi mülkiyyətdə olan 99,1 ha), Qaradağlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qaradağlı kəndinin ərazisindən 95,05 ha (bundan dövlət mülkiyyətində olan 21,97 ha və xüsusi mülkiyyətdə olan 73,08 ha) torpaq sahələri, habelə ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış Məşəd kəndinin 439,2 ha (bundan dövlət mülkiyyətində olan 72,7 ha, bələdiyyə mülkiyyətində olan 79,62 ha və xüsusi mülkiyyətdə olan 286,88 ha) təşkil edən ərazisi bütövlükdə bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Ağdaş şəhərinin inzibati ərazisinə verilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 dekabr 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin