Ağdaşda 30 min ağac əkilmişdir
Ağdaş, 21 noyabr (AZƏRTAC). Ağdaşda “Ekologiya ili” çərçivəsində ağacəkmə kampaniyası uğurla davam etdirilir.
Ağdaş Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, yaşıllaşdırma komissiyası yaradılmış, ağac əkiləcək ərazilər idarə və təşkilatlar arasında bölünmüşdür. Hər həftə ictimaiyyət nümayəndələri, idarə və təşkilatların kollektivləri, gənclər ümumrayon iməciliklərində həvəslə iştirak edirlər. İlin əvvəlindən bu günədək şəhərdəki küçələrin kənarlarına, park və bağlara, sosial obyektlərin ərazilərinə, kənd yolları boyu 30 min müxtəlif ağac və gül kolları əkilmişdir.
İməciliklər zamanı Bakı-Şamaxı-Yevlax və Bakı-Qazax magistral avtomobil yollarının Ağdaşdan keçən hissəsində təmizlik-abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınmışdır.
İlin sonunadək rayonda daha 15 min ədəd ağacın əkilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]