Ağdaşda taxıl biçini başa çatıb
Ağdaş, 13 iyul, AZƏRTAC
Ağdaşda taxıl biçini başa çatıb, cari ildə zəmilərdən 44 min 978,4 ton məhsul götürülüb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, cari ilin məhsulu üçün 15 min 596 hektar sahədə taxıl yetişdirilib. Biçinə hər yerdən mütəşəkkil hazırlıqla başlanıb, bu mühüm kampaniyaya 59 kombayn cəlb olunub. Tədarük edilən məhsulun 9314,8 tonu buğda, 35 min 663,6 tonu isə arpadır. Hər hektardan orta məhsuldarlıq 29 sentnerdir. Rayonun əksər ərazilərində, xüsusilə Abad, Pirkəkə, Ərəbocağı, Kükəl, Qolqəti və bir sıra digər ərazi nümayəndəliklərində daha yüksək məhsuldarlığa nail olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]