Ağdaşda yeni meşələr salınır
Ağdaş. 22 dekabr (AZƏRTAC). Ağdaş rayonunda meşələrin mühafizəsi, yeni meşələrin salınması və qiymətli ağac tinglərinin yetişdirilməsi diqqət mərkəzindədir.
Rayon meşələrin mühafizəsi və bərpası müəssisəsindən AZƏRTAC-a bildirmişlər ki, hazırda Ağdaşda bu ilin planı üzrə yeni mədəni meşələrin salınması işləri davam etdirilir. Bu günədək 50 hektar torpaq sahəsi əkinə hazırlanmışdır. Sentyabr-dekabr aylarında 35 hektar sahədə ağac əkilmişdir. Əsasən şam, qovaq, akasiya və iydə ağaclarından ibarət on minlərlə ağac hesabına Kür çayının kənarındakı Tuqay meşələri daha da genişləndirilmişdir.
Ağdaş, Göyçay və Ucar rayonlarında yerləşən 7.580 hektar meşə sahəsini əhatə edən Ağdaş Rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin nəzdində iri tingçilik təsərrüfatı da fəaliyyət göstərir. Orada yetişdirilən 450 min ədəd ağac tingindən meşələrin salınmasında, eləcə də həmin rayonlarda təşkil edilən ağacəkmə aksiyalarında geniş istifadə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [12:32]
COP31-də müzakirələr davam edir
- 12.11.2026 [12:30]
Sabahın hava proqnozu açıqlanıb
- 11.11.2026 [12:39]
Sabah hava əsasən yağmursuz olacaq - PROQNOZ
- 11.11.2026 [12:27]
Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək? VİDEO
- 11.11.2026 [11:14]
Azərbaycanlı könüllülər COP31-də
- 11.11.2026 [10:29]
Antalyada COP31 konfransı işini davam etdirir VİDEO
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Dünya Keyfiyyət Günüdür
- [09:30]
Bu gün Konstitusiya Günüdür
- [08:00]