REGİONLAR
Ağstafa rayonunun Dağkəsəmən kəndində sel sularının fəsadları aradan qaldırılır
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, sel suları kəndin mərkəzindən keçən Ağstafa - Qazax avtomobil yolunun kənarında lil və xır topaları yaradıb. Nəticədə suötürücü arxlarda daşqın əmələ gəlib.
Rayon fövqəladə hallar komissiyasının üzvləri dərhal hadisə yerində olublar və vəziyyəti ətraflı öyrəniblər. Bir sıra fərdi təsərrüfatlara və evlərə, sel sularının daha ciddi ziyan vurduğu yerlərə baxış keçirilib.
Səhər saatlarında Dağkəsəmən kəndində komissiyanın iclası keçirilib. İclasda təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə konkret vəzifələr müəyyənləşdirilib.
Hazırda müvafiq texnika və digər zəruri vasitələr səfərbər edilərək sel sularının vurduğu zərərin aradan qaldırılmasına başlanılıb. Suötürücü arxlar lildən təmizlənir və digər zəruri tədbirlər görülür.