REGİONLAR
Ağstafada karate-do idman növü üzrə açıq turnir keçirilib
Ağstafa, 27 aprel, AZƏRTAC
Ağstafa Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş karate-do idman növü üzrə açıq turnir keçirilib. Turnir Ağstafa şəhər 2 nömrəli tam orta məktəbinin idman zalında təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yarışda Gəncə, Sumqayıt şəhərlərindən, Ağstafa, Ağcabədi, Şəmkir, Şəki, Qazax, Salyan və Bərdə rayonlarından 9 komanda iştirak edib. Turnir fərdi kumite yarışları üzrə 25, 30, 35, 40, 45, 52, 57, 63, 68 kiloqram çəki dərəcələrində 6-15 yaşlı idmançılar arasında, kata yarışları üzrə isə 40, 45, 57, 63 kiloqram çəki dərəcəsində 6-12 və 13-15 yaşlı uşaqlar arasında keçirilib.
Turnirdə 1-ci yeri Ağstafa, 2-ci yeri Şəmkir, 3-cü yeri isə Şəki və Sumqayıt komandaları tutublar.
Qalib gələn idmançılar rayon gənclər və idman idarəsinin təsis etdiyi diplom, medal və hədiyyələrlə təltif olunublar.