SİYASƏT
Ağstafada Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir
Ağstafa, 6 iyun (AZƏRTAC). 15 iyun - Milli Qurtuluş günü ilə əlaqədar Ağstafa rayonunda silsilə tədbirlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, iyunun 6-da rayon təhsil şöbəsində Milli Qurtuluş Gününün tarixi əhəmiyyətinə, Azərbaycanda müstəqil dövlət quruculuğu yolunda ümummilli lider Heydər Əliyevin tarixi roluna həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə qeyd edilmişdir ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan ulu öndər Heydər Əliyev olmuşdur.
Ulu Öndərin apardığı müdrik siyasət nəticəsində Azərbaycanın müstəqilliyi qorunub saxlanılmış, ölkəmiz tərəqqi yoluna qədəm qoymuşdur. Ümummilli Liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində isə Azərbaycan gündən-günə inkişaf edir və dünya ölkələri arasında sözünü deməyi bacaran qüdrətli bir dövlətə çevrilir.