ELM VƏ TƏHSİL
Ağstafadan olan gənclərə “Vikipediya” təlimləri keçirilir
Bakı, 11 fevral, AZƏRTAC
Ağstafa Gəncləri üçün İnkişaf və Karyera Mərkəzinin viki könülləri “Qorqud” Vikipediya Metodik Klubunun təlimlərində iştirak edirlər.
Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
“Könüllülərə “Vikipediya”da məqalə yaratmağın, redaktə etməyin qaydaları öyrədilir. Təlimlər klubun peşəkar təlimçiləri tərəfindən keçirilir. Təlimlərdə 6 könüllü iştirak edir. Könüllülərin təlimlərə maraq və həvəsləri böyükdür.
Sonda “Vikipediya”ya töhfə verən könüllülər “Qorqud” Vikipediya Metodik Klubunun təşəbbüskarı Milli Məclisin deputatı Elnur Allahverdiyev tərəfindən fəxri diploma layiq görüləcək”, - deyə Elnur Eltürk qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [18:16]
“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı
- 07.05.2024 [15:37]
Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır
- 07.05.2024 [15:26]
Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar
- 07.05.2024 [15:19]