REGİONLAR
Ağsu sakininin üzərində və yaşadığı evdə narkotik aşkarlanıb
Ağsu, 30 sentyabr, AZƏRTAC
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Ağsu şəhər sakini Cavid Məmmədzadə şübhəli şəxs qismində saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. Saxlanılan şəxsin yaşadığı ünvana da baxış keçirilib və oradan 400 qramdan artıq qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.