Ağsu şəhərində evdə yanğın baş verib
Ağsu, 5 iyul, AZƏRTAC
Ağsu şəhərinin Mirzağa Əliyev küçəsində evdə yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın bu gün saat 15:30 radələrində Ayaz Qasımova məxsus evdə olub. Belə ki, evin arxasına bitişik tövlə və üzərinə yığılan 450 ot bağlaması tamamilə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağsu Yanğından Mühafizə Hissəsinin 18 nəfərlik şəxsi heyəti və 3 yanğınsöndürən maşın gəlib. Onların səyi nəticəsində saat 17-dək yanğın tamamilə söndürülüb. Yanğın nəticəsində evin dam örtüyünə xeyli zərər dəyib.
Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [13:37]
Rafiq Danakari: Amaras monastırını ziyarət etməkdən çox məmnunuq
- 18.11.2026 [12:21]
Astarada çəltik yığımı başa çatıb: 1093 ton məhsul əldə olunub
- 18.11.2026 [12:10]
Alban-Udi icması Amaras monastırını ziyarət edib
- 18.11.2026 [11:13]
“Azəriqaz”ın rəhbərliyi Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 18.11.2026 [10:51]
Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə bağlı 40 lisenziya verilib
- 18.11.2026 [10:35]