Ağsuda iftar süfrəsi açılıb
Ağsu, 29 aprel, AZƏRTAC
Ağsuda mübarək Ramazan ayı ilə əlaqədar iftar süfrəsi təşkil olunub. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə açılan iftar süfrəsində şəhid ailələri, qazilər, aztəminatlı ailələr, ictimaiyyət nümayəndələri, din xadimləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iftar süfrəsində Qafqaz Müsəlmanları İdarəsinin Ağsu rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Nurəddin İslamov Qurani-Kərimdən ayələr oxuyub, xalqımızın, dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edib. İftar süfrəsində iştirak edən din xadimləri ruzi-bərəkət, həmrəylik, dostluq-qardaşlıq, sevgi və mərhəmət ayı olan Ramazan ayının fəzilətlərindən, insanlar arasında mənəvi saflıq, paklıq ayı olmasından danışıblar. Həmrəyliyin və dini-mənəvi birliyin möhkəmləndirilməsinə xidmət edən mübarək Ramazan günlərində iftar süfrəsinin açılmasının ümumi amallar naminə ölkəmizdə dövlət-din arasında sıx birliyin bariz nümunəsi olduğunu vurğulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.11.2026 [21:25]
Qazaxda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb YENİLƏNİB VİDEO
- 18.11.2026 [21:04]
Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
- 18.11.2026 [18:04]
Balakəndə aqrar sektorun inkişafı istiqamətində bir neçə layihə icra olunur
- 18.11.2026 [17:33]
Naxçıvanda ceyranlar təbiətə buraxılıb
- 18.11.2026 [13:37]