Ağsuda tövlə yanıb
Ağsu, 14 avqust, AZƏRTAC
Ağsuda yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Elabad kəndində qeydə alınıb. Belə ki, kənd sakini Fərhad Mahmudova məxsus tövlə yanıb. Tövlədə olan iribuynuzlu mal da yanaraq tələf olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağsu rayon Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Alov söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.