Ağsunun Bico kəndində yanğın olub
Ağsu, 11 mart , AZƏRTAC
Ağsu rayonunun Bico kəndində yanğın olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğın martın 11-də saat 10:45 radələrində kənd sakini Rəşad Qarayevə məxsus evin həyətində çardaq altında yığılan bağlı ot topasında baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ağsu yanğından mühafizə hissəsinin 14 nəfərlik şəxsi heyəti və 2 yanğınsöndürən maşın cəlb olunub. Yanğın tamamilə söndürülüb, alovun evə keçməsinin və ətraf əraziyə yayılmasının qarşısı alınıb.
Nəticədə yarım tondan çox ot bağlaması yanıb.
Yanğının baş verməsinin səbəbləri araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.11.2026 [18:46]
Bakı sakini Qazaxda dəm qazından boğularaq ölüb
- 21.11.2026 [16:05]
Sənətkarlarımız yenidən “Ağdam üçün oxu”yur VİDEO
- 21.11.2026 [12:08]
Əziz Əliyevin 130 illik yubileyi Qubada qeyd edilib VİDEO
- 21.11.2026 [11:35]
Naxçıvanda genişmiqyaslı ağacəkmə aksiyası - 13 min ting əkilib
- 21.11.2026 [11:03]
Göygöldə Dövlət Proqramının icra vəziyyəti araşdırılıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]