Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

AHİK sədri: Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-da Bakıda “Beynəlxalq Əmək Təşkilatının (BƏT) 205 saylı tövsiyəsi və onun əməli tətbiqi ilə əlaqədar həmkarlar ittifaqı liderlərinin maarifləndirilməsi” və “Dayanıqlı inkişafın məqsədlərinin həyata keçirilməsi üzrə həmkarlar ittifaqı təşkilatları üçün tövsiyələrin təqdimatı” mövzularında seminarlar keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri (AHİK), Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə keçirilən bu seminarların mühüm əhəmiyyətinə toxunub. Bildirib ki, Azərbaycan Respublikası ilə BƏT arasında əmək, əmək münasibətləri, məşğulluq, əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində daim genişlənən fəal əlaqələr yaradılıb. Bu əməkdaşlıq nəticəsində Azərbaycan Respublikası tərəfindən BƏT-in 58 konvensiyası ratifikasiya olunub, milli əmək standartlarına uyğunlaşdırılıb. BƏT-lə səmərəli əməkdaşlıq əmək miqrasiyası, sosial müdafiə və digər sahələrdə həyata keçirilən birgə layihələr vasitəsilə həmin sahələrin inkişafına öz töhfəsini verməkdədir. Respublikamızda BƏT-in təşkilatçılığı ilə bir sıra beynəlxalq tədbirlər keçirilib, işçilərin əmək hüquqlarının qorunması, qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması və sosial tərəfdaşların fəallığının artırılması məsələləri müzakirə olunub. BƏT-in 2017-ci ildə qəbul olunmuş “Sülhün və qarşıdurmanın potensialının təmin edilməsi məqsədilə məşğulluq və layiqli əmək haqqında” 205 saylı tövsiyəsi xüsusi önəm daşıyır. Bu, konfliktli şəraitdə böhranlı vəziyyətlərdən çıxış yolu üçün tərəfdaşlarla birgə tədbirlərin hazırlanmasında yardımçı rolunu oynayacaq bir sənəddir. Tövsiyədə münaqişələr və fəlakətlər səbəbindən meydana çıxan böhranlı vəziyyətlər kontekstində sülhün təmin olunması və qarşılıqlı fəaliyyət potensialının bərpa edilməsi məqsədilə məşğulluğa və layiqli əməyə xüsusi diqqət yetirilir. Bunlarla əlaqədar görüləcək işlərə dair tövsiyə xarakterli istiqamətlər təqdim olunur.

AHİK sədri qeyd edib ki, BƏT-in bu tövsiyəsində böhranların aradan qaldırılması və nəticələrinin yumşaldılması üçün beynəlxalq əməkdaşlığın vacibliyi də önə çəkilir və təşkilat üzvlərinə beynəlxalq əməkdaşlığın genişləndirilməsi, o cümlədən sülhün möhkəmlənməsi naminə könüllü və sistematik informasiya mübadiləsi aparmaq qabaqcıl təcrübə və yenilikləri bölüşmək tövsiyə olunur. Tövsiyə respublikamız üçün də aktual olan konfliktli şəraitdə insanların sosial müdafiəsi və təhsili baxımından da mühüm əhəmiyyət kəsb edir. Keçən əsrin sonlarına yaxın erməni separatçılarının fitnəkar siyasəti nəticəsində müharibəyə cəlb olunmağımız, torpaqlarımızın iyirmi faizinin işğalı, yüz minlərlə insanın doğma yurd-yuvalarından qaçqın düşmələri həmkarlar ittifaqı təşkilatlarının da fəaliyyətinə təsirsiz ötüşmədi. Balansımızda olan sanatoriya və kurort müəssisələri binalarının əksəriyyətində qaçqın və məcburi köçkünlər yerləşdirildi, onların problemlərinin həllinə köməklik göstərildi. Tövsiyənin tələblərinə uyğun olaraq müharibə və münaqişə nəticəsində yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin əmək və sosial hüquqlarının qorunması və müdafiə olunması üçün maarifləndirici tədbirləri davam etdirməli, ilk həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətlərinə köməklik göstərməli, üzvlərimizin bütün sosial-iqtisadi maraqlarının təmin olunmasına çalışmalıyıq.

“Müzakirə edəcəyimiz digər məsələ ilə əlaqədar deməliyəm ki, biz bu mövzuya həsr olunmuş bir çox tədbirlər keçirmişik. Onlardan ən mühümü may ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və BƏT-in birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransdır. Tədbirdə BƏT-in baş direktoru Qay Rayder də iştirak etmişdi. Olduqca səmərəli keçən bu konfransda baş direktor Dayanıqlı İnkişaf Məqsədlərinin bugünkü dünya üçün aktuallığından bəhs etmiş və Azərbaycanın bu məqsədlərin icrası üçün göstərdiyi səyləri dəstəklədiyini bildirmişdi. Sözsüz ki, hazırda bizim belə dəstəyə ehtiyacımız var. Elə buna görə də həmkarlar ittifaqı fəallarının BƏT-in Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə həmkarlar ittifaqı təşkilatları üçün bu gün təqdim olunan tövsiyəsindən layiqincə istifadə etməsi məqsədəmüvafiqdir. “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” Beynəlxalq Əmək Təşkilatı və sosial tərəfdaşlarımızın iştirakı ilə işlənib hazırlanıb və 2016-cı ilin sentyabrında qəbul edilib. Bundan dərhal sonra AHİK-in İcraiyyə Komitəsi “Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın həyata keçirilməsinə dair Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Konsepsiyası”nı təsdiq edib. Konsepsiyada həmkarlar ittifaqlarının həyata keçirəcəyi tədbirlər və görəcəyi işlər səkkiz istiqamət üzrə müəyyənləşdirilib”, - deyə S.Möhbalıyev diqqətə çatdırıb.

AHİK sədri əlavə edib ki, sadalanan bütün məsələlərin məqsədi ölkədə dayanıqlı inkişafa dəstək vermək üçün sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyənləşdirmək, sosial-əmək münasibətlərini tənzimləmək, sosial stabilliyi qorumaq üçün sosial dialoqu inkişaf etdirmək olan Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyətində öz əksini tapıb. Hər bir dövlət dayanıqlı inkişafın məqsədlərinin həyata keçirilməsi üçün qlobal miqyasda öz inkişaf səviyyəsinə və imkanlarına uyğun məqsədlər müəyyən edəcək. Biz də Azərbaycan həmkarlar ittifaqı olaraq beynəlxalq təşkilatlarla, özəl sektorla, vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları və digər maraqlı tərəflərlə əməkdaşlığa üstünlük verərək tövsiyələrdən maksimum bəhrələnməyə çalışacağıq.

BƏT-in zəhmətkeşlərlə iş üzrə Avropa Bürosu sektorunun rəhbəri Serqius Qlovaskas və digər çıxış edənlər tədbirin əhəmiyyətindən danışıblar.

Seminar işini sentyabrın 20-də davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ANAMA sədrinin müavini Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb

İspaniyada tapılan qılıncın mədəni mənsubiyyəti sübut edilib

İsveçdə payızdan etibarən dördgünlük iş həftəsi tətbiq ediləcək

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub