AHIL VƏTƏNDAŞLARIN SOSİAL MÜDAFİƏSİNİN GÜCLƏNDİRİLMƏSİ ÜZRƏ DÖVLƏT PROQRAMI
2006-cı il 17 aprel tarixli
Sərəncamı ilə təsdiq edilmişdir 1. Azərbaycan Respublikasında ahıl vətəndaşların sosial
müdafiəsi sahəsində mövcud vəziyyət
Azərbaycan Respublikasında son 10 ildə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin, o cümlədən ahılların sosial müdafiəsinin təkmilləşdirilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür.
Həyata keçirilən tədbirlərin əhəmiyyətini, ahılların hüquqlarının qorunması və sosial müdafiəsinin aktuallığını dünya ölkələrinin bir çoxunda olduğu kimi, ölkəmizdə də müşahidə olunan əhalinin qocalma prosesi şərtləndirir. Əhalinin yaş strukturunda uşaqların xüsusi çəkisinin aşağı düşməsi və ahıl vətəndaşların sayının əmək qabiliyyətli yaşda olanlara nisbətən daha intensiv artması əmək bazarının formalaşmasında, həmçinin, sosial təminat sisteminin səmərəli işləməsində bir sıra çətinliklərə gətirib çıxarır.
Keçid dövrünün sosial-iqtisadi problemləri ilə bağlı kənd yerlərindən şəhərlərə və ölkədən kənara miqrasiya da respublikada əhalinin qocalma prosesinə böyük təsir göstərmişdir. Təsadüfi deyildir ki, kəndlərdə ahılların və xüsusilə də ahıl qadınların xüsusi çəkisi artmışdır.
Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı nəticəsində bir milyonadək insan qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. Bu kontingent arasında ən çətin vəziyyətdə olan məhz ahıl şəxslərdir.
Bunları nəzərə alaraq və eyni zamanda, BMT-nin Baş Məclisinin əhalinin qocalması problemləri üzrə Beynəlxalq Fəaliyyət Planından (Madrid, 12 aprel 2002-ci il) irəli gələn vəzifələrə əsaslanaraq, “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı” (bundan sonra – Dövlət Proqramı) hazırlanmışdır.
2. Dövlət Proqramının əsas məqsədi və vəzifələri
Dövlət Proqramının əsas məqsədi ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə nail olmaqdır.
Dövlət Proqramının əsas vəzifələri aşağıdakılardır:
- ahıl vətəndaşların sosial təminatı sahəsində hüquqlarının artırılması və onların həyata keçirilməsi;
- ahıl vətəndaşların cəmiyyətin sosial-iqtisadi və siyasi həyatında iştirakının təmin edilməsi;
- ahıl vətəndaşların sosial-mədəni tələblərinin ödənilməsi sahəsində tədbirlərin həyata keçirilməsi;
- ahıl vətəndaşların sağlamlığının qorunması;
- qocalma probleminin həll olunması istiqamətində dövlət, vətəndaş cəmiyyəti və özəl sektorun sıx əməkdaşlığının təmin edilməsi;
- ahıl vətəndaşların sosial müdafiəsinin təminatının elmi əsaslarının möhkəmləndirilməsi.
Dövlət Proqramı ölkənin mövcud iqtisadi, sosial və demoqrafik proseslərinin inkişaf xüsusiyyətlərini nəzərə alaraq, ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş tədbirləri müəyyən edir.
3. Dövlət Proqramı üzrə həyata keçiriləcək
T Ə D B İ R L Ə R
Sıra№-si Tədbirin adı İcra müddəti(illər üzrə) İcraçılar 1 2 3 4
3.1. Ahıl vətəndaşların sosial müdafiə sahəsində hüquqlarının təmin edilməsi
3.1.1. Ahıl vətəndaşların sosial müdafiəsi sahəsində milli normativ hüquqi bazanın, mövcud vəziyyətin təhlili, beynəlxalq təcrübəyə əsaslanaraq onun təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması 2006 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi
3.1.2. Əmək pensiyalarının baza hissəsinin məbləğinin yaşayış minimumu səviyyəsinə yüksəldilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi mütəmadi Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu
3.1.3 Ərazilər üzrə tənha və başqasının köməyinə ehtiyacı olan ahılların siyahısının hazırlanması və bu sahəyə aid informasiya bazasının yaradılması 2006 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, yerli icra hakimiyyəti orqanları
3.1.4 Tənha, hərəkət qabiliyyəti məhdudlasmış ahıllara evdə xidmət işinin keyfiyyətinin yüksəldilməsi üzrə təkliflərin hazırlanması 2006 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
3.1.5 Ahıl və tənha vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması üçün sosial xidmətlərin təkmilləşdirilməsi 2006-2008 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu
3.1.6 İnternat evləri və pansionatlarda yaşayan ahıl vətəndaşlar üçün sosial-məişət və tibbi xidmət səviyyəsinin yüksəldilməsi, həmin müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılmasına nail olunması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi mütəmadi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi
3.1.7 Dövlət təminatında, internat evlərində, pansionatlarda yaşayan ahılların ayrı-ayrı imkanlı hüquqi və fiziki şəxslər tərəfindən himayəyə göturülməsi təcrübəsinin genişləndirilməsi mütəmadi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyyəti dövlət orqanları
3.1.8 Sosial müdafiəyə xüsusi ehtiyacı olan ahıl vətəndaşların (xüsusən də qaçqın və məcburi köçkünlərin) problemlərinin həlli məqsədi ilə beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi daimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi
3.1.9 Ahıl vətəndaşlar üçün sosial müdafiə məsələlərinə dair hüquqi məsləhət xidmətinin inkişafı mütəmadi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu
3.1.10 Tənha ahıl vətəndaşların mənzillərinin yanğına qarşı təhlükəsizliyini təmin etmək məqsədi ilə hər il onların yoxlanılması və müvafiq təhlükəsizlik işlərinin aparılması mütəmadi Yerli icra hakimiyyəti orqanları, aidiyyəti dövlət orqanları
3.1.11 Ali, orta ixtisas təhsili müəssisələrinin tələbələri və ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri tərəfindən ahıl vətəndaşlara evlərində, həmçinin ictimai yerlərdə qayğı və xidmət göstərilməsi işinin təşkili mütəmadi Təhsil Nazirliyi, yerli icra hakimyyəti orqanları
3. 2. Yaşlı nəslin sağlamlığının qorunması
3.2.1 Ahıl vətəndaşların sağlamlığının qorunması məqsədi ilə xüsusi profilaktik tədbirlərin hazırlanması və həyata keçirilməsi daimi Səhiyyə Nazirliyi
3.2.2 Ahıl vətəndaşların reabilitasiya xidməti ilə təmin edilməsi sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi daimi Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
3.2.3 Ahıl vətəndaşlar üçün tibbi və sosial-məişət xidmətinin təşkili ilə əlaqədar dövlət standartlarının (xidmətin həcmi, keyfiyyəti, qayda və şərtləri öz əksini tapmaqla) hazırlanması 2006 Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
3.2.4 Rayon və şəhər səhiyyə xidməti müəssisələrində herontoloji xidmətin təşkil edilməsi 2006-2008 Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi
3.2.5 Herontologiya üzrə müvafiq tədris kurslarının təşkil edilməsi 2006-cı ildən başlayaraq Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi
3.2.6 Ahıllar üçün ixtisaslaşdırılmış psixoloji tibbi xidmətlərin təşkili 2006-2008 Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi
3.2.7 Ahıl vətəndaşların sağlamlığının təmin edilməsi məqsədi ilə idman-sağlamlıq tədbirlərinin həyata keçirilməsi 2006-2008 Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi
3.2.8 Ahıl vətəndaşların sağlamlığının qorunmasına kömək məqsədi ilə idman və sağlamlıq mövzusunda radio–televiziya verilişlərinin müntəzəm olaraq təşkil edilməsi daimi Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti
3.3. Ahıl vətəndaşların cəmiyyətə inteqrasiyasının inkişafı sahəsində tədbirlər 3.3.1 Ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi daimi İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi
3.3.2 Ahıl vətəndaşlar arasında özfəaliyyət bədii yaradıcılıq üzrə respublika festivalının keçirilməsinin təşkil edilməsi və onların beynəlxalq bədii yaradıcılıq festivallarında iştirak etmələrinə şərait yaradılması 2006-2008 Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti, yerli icra hakimyyəti orqanları
3.3.3 Ahılların asudə vaxtlarını səmərəli keçirmələri üçün müvafiq tədbirlərin hazırlanması və həyata keçirilməsi 2006-2007 Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimyyəti orqanları
3.3.4 Dövlət Proqramının yerinə yetirilməsi vəziyyəti və görülən tədbirlər barədə əhalinin müntəzəm məlumatlandırılması, dəyirmi masa, müsahibə və dialoq formasında verilişlərin təşkil edilməsi 2007-2008 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti
3.3.5 Respublikanın mədəniyyət ocaqlarında ahıllar üçün dərnək, bədii özfəaliyyət kollektivləri və maraqlar üzrə klubların yaradılması 2006-2008 Mədəniyyət Nazirliyi
3.3.6 İşləmək arzusunda olan ahıl vətəndaşların yeni peşələrə yiyələnməsi üçün hazırlıq və yenidənhazırlıq tədris kurslarının təşkil edilməsi daimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
3.4. Ahıl vətəndaşların sosial müdafiəsinin elmi əsaslarının möhkəmləndirilməsi
3.4.1 Qocalma prosesinin ölkənin sosial və iqtisadi inkişafına təsirinə dair elmi tədqiqatın aparılması 2006 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Elmlər Akademiyası
3.4.2 Ahıl vətəndaşların problemlərinin öyrənilməsinə dair müvafiq sorğunun təşkili 2006-2007 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Elmlər Akademiyası
3.4.3 Ahıl vətəndaşlara aid statistik məlumat bazasının yaradılması 2006 Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu
3.4.4 Ahıl vətəndaşlara xidmət edən sosial-məişət, tibbi və digər xidmət sahələri üzrə mütəxəssislərin hazırlanması işinin yaxşılaşdırılması daimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi
3.4.5 Yaşlı nəslin ailədə, uşaq və yeniyetmələr arasında tərbiyəvi rolunun təbliği mütəmadi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi
3.4.6 Ahıl yaşlarında xəstəliklərin və əlilliyin yaranmasına səbəb olan sosial-iqtisadi, ekoloji və fizioloji amillərin öyrənilməsinə dair tədqiqatların aparılması 2006-2008 Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi