Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

“AHİT” İB-in sədri Nadir Əliyev: Azərbaycan idmanının gələcəkdə daha çox inkişaf edəcəyinə əminik

Bakı, 19 noyabr, AZƏRTAC

Müasir, müstəqil Azərbaycanda bütün sahələr kimi, bədən tərbiyəsi və idmanın inkişafı da dövlətin daim diqqət mərkəzindədir. Təsadüfi deyil ki, ölkəmiz həm də dünyanın qabaqcıl idman dövlətlərindən biri kimi tanınır. Bu inkişafa idman cəmiyyətləri, klub və birliklər öz töhfələrini verirlər. “Gənclik”, “Məhsul”, “Spartak”, “Zenit”, “Qarabağ” idman cəmiyyətlərini və “Atilla”, “Pəhləvan”, “Şahmat və dama”, “Alpinist və turist” idman klublarını özündə birləşdirən Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin (AHİT İB) fəaliyyəti bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

AHİT İB idman təşkilatlarının əhatə etdiyi sahələr üzrə məqsədyönlü tədbirlər həyata keçirir

AHİT İB-in sədri Nadir Əliyev idman qurumunun fəaliyyəti, üzv təşkilatların əldə etdikləri nailiyyətlərlə bağlı AZƏRTAC-a müsahibə verib. O qeyd edib ki, AHİT İB idman təşkilatlarının əhatə etdiyi sahələr üzrə işçilərin və onların ailə üzvlərinin kütləvi bədən tərbiyəsi-sağlamlıq idman tədbirlərinə cəlb olunması, idman növlərinin inkişafı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirir. Eyni zamanda, müxtəlif növlər üzrə yarışların təşkilinə kömək etmək, milli komandalarda həmkarlar ittifaqlarının idmançılarının daha çox sayda təmsil olunması, onların hazırlığı, beynəlxalq yarışlarda uğurla çıxış etməsinə nail olmaq üçün bir sıra işlər görür.

“AHIT İB Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bilavasitə rəhbərliyi altında Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq əsasında fəaliyyətini davam etdirərək konkret tədbirlərin həyata keçirilməsinə və müəyyən nailiyyətlərin əldə edilməsinə nail olub. Gənc idmançıların hazırlığı ilə 9 uşaq-gənclər idman məktəbi, o cümlədən 1 ixtisaslaşdırılmış olimpiya ehtiyatı və 8 kompleks uşaq-gənclər idman məktəbləri məşğul olurlar. Başa çatmaqda olan il idman qurumu üçün uğurlu olub”, - deyə o, əlavə edib.

Pəhləvanlarımızın nailiyyətləri xüsusilə diqqətəlayiqdir

Nadir Əliyev bu ilin ötən on ayı ərzində “Zenit” İdman Cəmiyyətinin üzvlərinin beynəlxalq və respublika yarışlarında 62 medal qazandıqlarını, onlardan 18-nin dünya idman arenalarında əldə edildiyini bildirib: “Sərbəst güləşçimiz Cəbrayıl Həsənovun (79 kq) nailiyyətini xüsusi qeyd edərdim. Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalçısı bu il dünya kubokunda gümüş, dünya və Avropa çempionatlarında, müvafiq olaraq, gümüş və bürünc medal qazanıb. Digər istedadlı güləşçimiz Turan Bayramov (65 kq) bu il dünya, Avropa birinciliklərində və Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qızıl medala sahib olub”. 

“Atilla” İdman Klubunun təmsilçilərinin uğurlarından danışan N.Əliyev qeyd edib ki, klubun yetirmələri Avropa kuboku və çempionatlarında 5 qızıl, 3 gümüş, 4 bürünc medal qazanıblar. O, eyni zamanda, “Məhsul” İdman Cəmiyyəti və “Pəhləvan” İdman Klubunun təmsilçilərinin dünya və Avropa çempionatlarında əldə etdikləri nailiyyətlərdən də söhbət açıb.

Təhsil müəssisələrində idmanın kütləviliyi təmin edilir

N.Əliyev ötən 10 ay ərzində “Şahmat və Dama” İdman Klubunun 18 yetirməsinin beynəlxalq və respublika yarışlarında mükafata layiq yerlər tutduğunu bildirib. O, 25 ali və 15 orta ixtisas təhsil müəssisələrinin tələbələrini sıralarında birləşdirən “Gənclik” Tələbə İdman Cəmiyyətinin (TİC) fəaliyyətini də qeyd edib. Dərs ilinin başlanması ilə “Gənclik” TİC-in də idman tədbirlərinə start verildiyini, spartakiada, universiada, birincilik və çempionatların ilkin mərhələsində yüzlərlə gəncin qüvvəsini sınadığı vurğulanıb. Bu ilin mart və may aylarında idmanın altı növü üzrə ali təhsil müəssisələrinin tələbələri arasında respublika çempionatlarının keçirildiyini, yarışlarda 19 ali təhsil müəssisəsindən ümumilikdə 325 tələbənin iştirak etdiyi diqqətə çatdırılıb.

Ötən il Çinin Taypey şəhərində keçirilən tələbələrin XXIX Yay Universiadasında yığma komandanın 3 qızıl, 1 gümüş, 4 bürünc medal qazandığını bildirən N.Əliyev tələbə idmançıların hazırda növbəti universiadaya hazırlaşdıqlarını da qeyd edib.

“Bu gün müstəqil Azərbaycanda bütün sahələrdə sürətli inkişaf baş verir. İdmanın inkişafına dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğı onu cəmiyyətimizin ayrılmaz hissəsinə, insanların həyat tərzinə çevirib. İnsanları həm fiziki cəhətdən sağlam edən, həm də mənəvi cəhətdən kamilləşdirən idmana marağın getdikcə artmasında bu amil mühüm rol oynayır. İndi təkcə paytaxt Bakıda deyil, respublikamızın hər bir bölgəsində, hətta ən ucqar bölgələrdə belə idmanla məşğul olmaq üçün şərait yaradılıb və bu iş yüksək səviyyədə davam edir. Əminik ki, gələcəkdə Azərbaycan idmanı daha böyük vüsət alacaq”, - deyə “AHİT” İB-in sədri bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyənin Pakistandakı səfiri İƏT Baş katibinin xüsusi nümayəndəsi təyin edilib

Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib

Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub

Xarkovun mərkəzi atəşə tutulub, yaralılar var

“Togg” Türkiyənin elektrik mühərrikli avtomobil bazarında lider olub

Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub

“Zirə” Premyer Liqada ikinci pilləyə yüksəlib

Gürcüstanın pravoslav xristianları Pasxa bayramını qeyd edirlər

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırıb

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır