Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində il ərzində görülmüş işlər müzakirə olunub

Bakı, 25 dekabr, AZƏRTAC

Dekabrın 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2018-ci ilin yekunlarına və 2019-cu ilin birinci yarısında həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə həsr olunmuş kollegiya iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

İclasda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cari ilin Azərbaycan üçün əlamətdar hadisələrlə zəngin olduğunu, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini bildirib.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyinin ölkəmizdə qeyd edildiyini vurğulayan Komitə sədri deyib: “Müstəqil Azərbaycan 100 il əvvəl yaradılan Xalq Cümhuriyyətinin layiqli varisidir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş prinsiplərə sadiq qalaraq bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada nəhəng quruculuq işləri aparılır. Ölkəmiz regionun, dünyanın lider ölkələri sırasında olmaqla bərabər, əksər regional və ya beynəlxalq layihələrin əsas tərəfdaşıdır. Bunun əsasında dövlətimizin başçısının həyata keçirdiyi düşünülmüş siyasət dayanır”.

Komitə sədri son 15 ildə ölkəmizin böyük uğurlara imza atdığını vurğulayaraq bildirib ki, dövlətimizin başçısı İlham Əliyev ötən müddət ərzində öz fəaliyyəti ilə hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib. Bu müddət ərzində ümummilli lider Heydər Əliyevin ideyaları daha da inkişaf etdirilib, uğurlu daxili və xarici siyasət həyata keçirilib.

Cari il ərzində görülən işlərdən danışan H.Hüseynova bildirib ki, il ərzində Komitə tərəfindən 112 tədbir təşkil olunub, müxtəlif araşdırma və təhlillər aparılıb, qurumun əməkdaşları bir sıra beynəlxalq konfranslarda, forumlarda, təlimlərdə iştirak ediblər.

Bu il Azərbaycanda qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin də qeyd edildiyini söyləyən komitə sədri bildirib ki, Azərbaycan müsəlman Şərqində qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkədir. Cari ildə bu əlamətdar hadisə ilə bağlı silsilə tədbirlər də təşkil olunub. Vurğulanıb ki, qadın sahibkarlığının inkişafı ilə bağlı bir sıra mühüm addımlar atılıb, memorandumlar imzalanıb. Sentyabrda Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində “Qadın sahibkarlığının inkişafında ikitərəfli əməkdaşlığın perspektivləri” mövzusunda xüsusi sessiya keçirilib. Bu tədbirin sonunda əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmin sənədin əsas məqsədi regionlararası qadın sahibkarlığının inkişafı, ikitərəfli işbirliyinin qurulması idi. Oktyabrda isə Rusiyanın Həştərxan vilayətində “Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” biznes forumu keçirilib. “Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən qadınlar üçün imkanlar yaradıldıqda müsbət nəticələrə nail olmaq mümkündür. Bu gün fəaliyyət göstərən Qadın Resurs mərkəzləri, eyni zamanda, Uşaq və Ailələrə Dəstək mərkəzləri buna əyani misaldır. Bu il həmin Resurs Mərkəzlərinin sayı 8-ə çatıb. İl ərzində mərkəzlərin fəaliy-yətindən 20 748 vətəndaş bəhrələnib.

Bu gün Azərbaycanda qızlar üçün heç bir qapalı peşənin olmadığını diqqətə çatdıran Komitə sədri bildirib ki, texniki, innovativ, neft sənayesi və digər sahələrdə qızların sayı artmaqdadır. Statistik rəqəmlər göstərir ki, qadınların 30 faizi dövlət, 70 faizə qədəri isə özəl sektorda işləyir.

“Ailələrin sosial rifahını yüksəltmək üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir. İldən-ilə ailələrimizin sosial müdafiəsi güclənir, müxtəlif layihələr reallaşdırılır. Bunun nəticəsində son 20 il ərzində əhalimizin sayı artaraq doqquz milyon doqquz yüz mini ötüb. Bu gün Azərbaycanda 2 milyon yüz mindən çox ailə var. Ailə üzvləri arasında ünsiyyətin güclənməsi üçün “Ailəlikcə kitabxanaya” layihəsi keçirilir. Bu, həm uşaqlarımızın kitaba, mütaliəyə marağını artırır, həm də ailə üzvlərini bir-birinə daha da mehriban edir.

Bizim maraqlı və uzunömürlü layihələrimizdən biri də “Ailə bayramı” və “Azərbaycan ailəsi” adlı filmlər festivalıdır. Bu il layihələrin 10 ili tamam olur. Festivalın əsas məqsədi kinematoqrafiyanın geniş imkanlarından istifadə edərək ailə dəyərlərinin, milli-mənəvi dəyərləri gənclər arasında təbliğ etməkdir”, - deyə Komitə sədri qeyd edib.

Azərbaycan dövlətinin həyata keçirdiyi uşaq siyasətindən danışan H.Hüseynova bildirib ki, bu istiqamətdə də müxtəlif layihələr həyata keçirilir. Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı güclü qanunvericilik bazası mövcuddur. Komitə sədri deyib: “Bu yaxınlarda “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun qəbul olunub. Ölkəmiz Uşaq hüquqları haqqında Konvensiya və Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələrək bir sıra öhdəliklərlə bağlı hər dörd ildən bir hesabat verir. BMT-dən hesabata dair verilən yüksək qiymətlər alır, bu, onu göstərir ki, dövlətimiz uşaq hüquqlarının həyata keçirilməsi üçün çox böyük uğurlar əldə edib. Mühüm qanunlar, dövlət proqramları qəbul olunur. Vacib layihələr həyata keçirilir”.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ailə, qadın və uşaqlar dövlətimizin qayğısından bəhrələnməkdədir. Naxçıvanda ailələrin rifah halının yüksəldilməsi üçün yeni iş yerləri açılır, ünvanlı dövlət sosial yardımı təyin edilir, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş və ya şəhid olmuş vətəndaşların ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlər görülür, müavinətlər verilir. Gənc ailələrin sosial müdafiələri gücləndirilir.

“Aztəminatlı ailələr də dövlət qayğısından yararlanırlar. Belə ki, onların problemləri öyrənilir və həll edilir. Aztəminatlı ailələr fəal məşğulluğa cəlb olunur, onların ailə təsərrüfatlarının yaradılmasına lazımi köməkliklər göstərilir”, - deyə R.Seyidova qeyd edib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında qadınların ictimai fəallığının artırılması, onların öz hüquqları barədə məlumatlandırılması, özünüməşğulluqlarının təmin edilməsi, eləcə də ahıl, tənha, xüsusi qayğıya ehtiyacı olan qadınların həyat şəraitlərinin yaxşılaşdırılması məqsədilə kompleks tədbirlər görülür, məişət və sosial sahələrdəki problemlər aradan qaldırılır. Hər il istedadlı, həmçinin sağlamlıq imkanları məhdud qadınların milli, mənəvi zənginliyimizi təbliğ edən, xalqımıza xas dəyərləri özündə yaşadan əl işlərindən ibarət sərgi-satışlar təşkil olunur. Bundan əlavə, gənc qadınların müəyyən peşələrə yiyələnməsi, həmçinin istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün müxtəlif peşə kursları təşkil olunur, sahibkarlıq sahəsində fəaliyyət göstərən qadınlara da hərtərəfli dəstək göstərilir.

Qeyd edilib ki, muxtar respublikada uşaqların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə də xüsusi diqqət və qayğı göstərilir, onların hüquqlarının qorunması ilə əlaqədar monitorinqlər təşkil edilir. Valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud şəhid ailələrindən olan uşaqların sosial müdafiəsinin güclənməsi ilə bağlı tədbirlər görülür.

Milli Məclisin sədr müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova qeyd edib ki, Azərbaycanda ailə təsərrüfatların yaradılması, qadın sahibkarlığının inkişafı, uşaqların, gənclərin sağlamlığının təmini, onlara yüksək səviyyəli təhsilin verilməsi və bütün bu proseslərin üzərində ictimai və sosial nəzarətin təmin olunması istiqamətində görülən işlər təqdirəlayiqdir. Bunlardan yalnız qürur duya bilərik. Bahar Muradova deyib ki, təkcə bu il ərzində Milli Məclisin müvafiq komitələri Ailə Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə bu hüquqların qorunması, inkişafı, əlçatanlığının təmin olunması istiqamətinə yönəldilmiş çoxsaylı tədbirlər, ictimai müzakirələr təşkil edib. 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Bu il yubiley tədbirlərində yüz il ərzində Azərbaycan xalqının, dövlətimizin əldə etdiyi nailiyyətlər müzakirə olunub. Ölkəmizdə nailiyyətlərin qazanılmasında və bu nailiyyətlərin qazanılması səbəblərinin formalaşmasında Azərbaycan qadınlarının böyük rolu var.

Milli Məclisin sədr müavini vurğulayıb ki, iqtisadi cəhətdən müstəqil olmayan qadın siyasi prosesə nə qatıla, nə də uğur qazana bilər. Ona görə də Azərbaycanda qadınların iqtisadi prosesə qatılması baxımından görülən işlər çox əhəmiyyətlidir. “Ona görə də qadın sahibkarlığının inkişafı vacib məsələdir. Qadınlarımız iqtisadi proseslərdə, milli-mənəvi dəyərlərin qorunmasında iştirakı olduqca önəmlidir. Qadınlar iqtisadi proseslərə nə qədər çox qoşulacaqlarsa, bir o qədər özlərini azad, müstəqil hiss edəcəklər və qətiyyətlə siyasi proseslərin fəal iştirakçısına çevriləcəklər”,- deyə Bahar Muradova vurğulayıb.

Nazirlər Kabinetinin humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov, Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Milli Məclisin deputatı Sahibə Qafarova ölkəmizdə qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində əldə edilən uğurlar barədə danışıblar. Qeyd olunub ki, bütün bunlar ümummilli lider Heydər Əliyevin yaratdığı dövlətçilik ənənələrinə sadiq qalaraq, onun siyasi ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən kompleks tədbirlər nəticəsində əldə olunub. Ölkəmizdə ailə institutunun möhkəmlənməsi məqsədilə Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən tədbirlər bu sahədə yeni nailiyyətlərin əldə olmasında əlverişli şərait yaradır.

Kollegiya iclasının ikinci hissəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-cu ilin birinci yarısı üçün İş Planı haqqında məlumat verilib. Eyni zamanda, Komitə yanında yaradılan İctimai Şuranın sədri Rəna Mirzəzadə il ərzində həyata keçirilən tədbirlər barədə məlumat verib. Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva isə qadın sahibkarlığının inkişafı istiqamətində görülən işlərdən danışıb.

Kollegiyanın yekununda bir qrup Komitə əməkdaşına qulluq vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Fəxri fərmanlar təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azad edilmiş ərazilərdə infrastrukturun bərpası ən müasir texnologiyalar əsasında aparılır – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 6 nəfər xilas edilib

Milli Kitabxanada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş sərgi açılıb

Norveçli səyyahlar qrupu Xudafərin körpüsü ilə tanış olublar VİDEO

Dünya birjalarında neft ucuzlaşıb

DYP atmosferin çirklənməsinin qarşısının alınması ilə bağlı sürücülərə müraciət edib

Bakıdakı bədii gimnastika üzrə Avropa Kubokunda ilk qaliblər müəyyənləşəcək

“Azeri Light” markalı neft ucuzlaşıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb

Hərbi İdarəetmə İnstitutunda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Tümen vilayətində çayların daşması ağır fəsadlara səbəb olub

İsraildə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb

Beyləqanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər keçirilib

Biləsuvarda kəsici-deşici alətlərin satışının qarşısı alınıb

“Der Spiegel”: Nasist Almaniyasının Hərbi Hava Qüvvələri komandirinin evində insan sümükləri tapılıb

Linkoln tarix festivalı çərçivəsində nadir Roma dodekaedri sərgilənəcək

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb YENİLƏNİB

Devid Kameron NATO qoşunlarının Ukraynaya göndərilməsini təhlükəli eskalasiya adlandırıb

Braziliyanın cənubunda leysan yağışları nəticəsində ölənlərin sayı 39-a çatıb

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

“Baker Hughes”: Dünyada neft-qaz qazma qurğularının sayı azalıb

Nepal məhkəməsi Everest zirvəsinə qalxmaq üçün icazələrin sayını azaltmaq qərarına gəlib

Haitinin şimalında torpaq sürüşməsi 12 nəfərin həyatına son qoyub

İlon Mask ABŞ dollarının dəyərsizləşəcəyi ilə bağlı xəbərdarlıq edib

Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb

Səmt müəyyənetmə üzrə dünya çempionatı 2029-cu ildə İsveçdə keçiriləcək

Macarıstanın xarici işlər naziri Makronun Ukraynaya qoşun göndərilməsi ilə bağlı bəyanatının əleyhinə çıxıb

ABŞ prezidentliyinə namizəd NATO-nun genişlənməsinə qarşıdır