“Ailədə müsbət valideynlik” mövzusunda online forum keçiriləcək
Bakı, 7 yanvar, AZƏRTAC
Yanvarın 9-da saat 15:00 - 17:00 aralığında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri, uşaq inkişafı mütəxəssisi Ceyran Rəhmətullayeva tərəfindən “Ailədə müsbət valideynlik” mövzusu üzrə Komitənin rəsmi veb-saytında online forum keçiriləcək.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mövzu ətrafında vətəndaşların sualları online şəkildə operativ qaydada cavablandırılacaq.
Sual ünvanlamaq istəyən şəxslər həm də Komitənin rəsmi facebook səhifəsindən də istifadə edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [19:32]
Sabunçu qəsəbəsində açıq ərazidə yanğın baş verib
- 09.06.2026 [18:50]