Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Ağamusa Axundov Azərbaycanda dilçilik məktəbinin inkişafına böyük töhfələr verib

Bakı, 24 aprel, M.Dadaşov, P.İmanova, AZƏRTAC

Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) respublikanın tanınmış dilçi alimi, Əməkdar Elm Xadimi, Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, “Şöhrət” ordenli, akademik Ağamusa Axundovun 85 illiyinə həsr olunan “Ağamusa Axundov və Azərbaycan filologiyası” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfrans AMEA rəyasət heyətinin və akademiyanın Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Əvvəlcə tədbir iştirakçıları II Fəxri xiyabanda A.Axundovun məzarını ziyarət edib, AMEA-nın əsas binasında alimin kitablarından ibarət sərgi ilə tanış olublar.

Konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alimin səmərəli elmi fəaliyyətindən, respublikamızda dilçilik elminin inkişafına verdiyi böyük töhfələrdən danışıb. Akademik A.Axundovun çoxşaxəli fəaliyyətindən söz açan AMEA-nın rəhbəri alimin bütün mənalı ömrünü Azərbaycan dilçilik elminin inkişafına həsr etdiyini vurğulayıb. Qeyd edilib ki, görkəmli alim elmlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub, bu sahədə çoxlu dilçi alimlər, mütəxəssislər, filoloqlar yetişdirıb. A.Axundovun elmi fəaliyyətinin bir neçə istiqaməti əhatə etdiyini söyləyən akademik A.Əlizadə onun Azərbaycanda riyazi dilçilik elminin ilk tədqiqatçısı olduğunu söyləyib. Bildirilib ki, dilin estetikası anlayışı da dilçilik elmimizə A.Axundov tərəfindən gətirilib.

A.Axundovun iyirmi ildən çox Nəsimi adına Dilçilik İnstitutunda çalışdığını xatırladan akademik A.Əlizadə alimin uzun illər AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinə rəhbərlik etdiyini söyləyib.

“Akademik Ağamusa Axundov haqqında söz” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli alimin apardığı tədqiqatlar sayəsində ölkəmizdə dilçilik məktəbinin formalaşdığını diqqətə çatdırıb. Vurğulanıb ki, A.Axundov 32 yaşında dissertasiya müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. Alimin elmi-nəzəri irsi ölkəmizdə və onun hüdudlarından kənarda humanitar elmi idrakın yüksək miqyasını bütün reallıqları ilə parlaq şəkildə əks etdirən zəngin və qiymətli örnəkdir.

AMEA-nın vitse-prezidenti vurğulayıb ki, A.Axundov hecadan həm dilimizin fonetik hadisəsi, həm də vəzni kimi müstəqil tədqiqatlar aparan yeganə alimdir. O, həmçinin ilk dəfə felin zaman kateqoriyasına aid çox sanballı tədqiqatlar aparıb. Alimin fonetika və fonologiya sahəsi ilə bağlı çoxillik səmərəli araşdırmalarının nəticəsi kimi “Azərbaycan dilinin fonetikası” adlı fundamental monoqrafiyası elmi ictimaiyyətə təqdim olunub. Bu sanballı tədqiqatın elmi əhəmiyyətini yüksək qiymətləndirən Azərbaycan dövləti fonetika və fonologiya sahəsinin inkişafındakı xidmətlərinin məntiqi yekunu olaraq alimi Azərbaycan Dövlət Mükafatına layiq görüb. A.Axundov ilk dəfə Azərbaycan dilinin fonetik sistemini eksperimental təhlil əsasında ümumiləşdirib, nəzəri səviyyədə təqdim edib.

Bildirilib ki, A.Axundovun dilçiliyin ən mühüm problemlərinə - fonetikaya, bədii tərcüməyə, orfoqrafiyaya, nitq mədəniyyətinə, ümumi dilçiliyə aid əsərləri, dövlət dilinə aid mətbuat səhifələrində tez-tez dərc olunan müsahibələri, fundamental əsərləri təkcə respublikamızın elmi ictimaiyyəti tərəfindən deyil, dünyanın bir sıra görkəmli alimləri tərəfindən də maraqla qarşılanıb, dünya dilçiliyində və türkologiyada yeni bir hadisə kimi yüksək dəyərləndirilib. Diqqətə çatdırılıb ki, alimin ədəbiyyatşünaslıq sahəsinin inkişafında da böyük xidmətləri olub. Onun “Dil və ədəbiyyat” adlı ikicildliyi məhz dil və ədəbiyyatın birgə təmasına, inteqrasiyasına, ədəbiyyatşünaslıq məsələlərinə həsr edilib.

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu “Görkəmli dilçi-alim, akademik Ağamusa Axundov” mövzusunda məruzəsində bildirib ki, müasir Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən olan A.Axundov çoxşaxəli zəngin fəaliyyəti ilə dilçilik elmimizin inkişafında mühüm rol oynayıb, öz elmi məktəbini yaradıb. 1990-cı ildə Dilçilik İnstitutunun direktoru təyin olunan akademik 22 il bu vəzifədə çalışıb. Qeyd edilib ki, A.Axundov 36 kitabın, o cümlədən Azərbaycan filologiya elmi tarixində dəyərli mənbə hesab edilən 500-dən artıq elmi əsərin və “Azərbaycan dilinin fonemlər sistemi”, “Azərbaycan dilinin tarixi fonetikası” kimi fundamental monoqrafiyaların müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, akademiklər Abel Məhərrəmov, Teymur Bünyadov, Vasim Məmmədəliyev, Qazaxıstan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru Yeren Kajıbekov, Misirin Eyn-Şəms Universitetinin professoru Məhəmməd Haridi, Türkiyənin Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalın akademik A.Axundovun zəngin elmi fəaliyyətindən, ölkəmizdə dilçilik elminin inkişafındakı xidmətlərindən, yüksək mənəvi keyfiyyətlərindən danışıb, görkəmli alimlə bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, ömrünün çox hissəsini Azərbaycan dilçilik elminin inkişafına həsr edən A.Axundovun irsi gələcək nəsillərə layiqli töhfədir. Alimin sanballı elmi fəaliyyəti Azərbaycan dilçilik elminin parlaq səhifələrindən birini təşkil edir.

Telekörpü vasitəsilə xarici alimlər də A.Axundov haqqında fikirlərini bölüşüblər.

Konfrans işini “Fonetika məsələləri”, “Dilçilik nəzəriyyəsi”, “Dil tarixi və qrammatika”, “Türkologiyanın aktual problemləri”, “Dil və üslub məsələləri”, “Ədəbiyyat və ədəbi dil məsələləri” bölmələri üzrə davam etdirib. Bölmə iclaslarında müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Tədbir aprelin 25-dək davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Erməni Qriqorian Kilsəsinin əməllərini pisləməyə çağırır

Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024” başa çatıb 

Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb

Parisdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilmiş tədbir keçirilib

Avropa Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası növbəti dəfə bürünc medal qazanıb

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İstismar müddətini başa vurmuş Cavanşir körpüsü hərəkət iştirakçıları üçün təhlükə yaradır

Gürcü politoloq: Regionun inkişafı xarici amillərdən deyil, bizim birgə səmərəli əməkdaşlığımızdan asılıdır

Azərbaycan dövlətinin dəstəyi ilə İrpendə poliklinikanın əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq

Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib

“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib

Şəkidə ümumi orta təhsil səviyyəsi üzrə kolleclərə qəbul imtahanları iki mərkəzdə aparılıb

Ümumi orta təhsil bazasında növbəti imtahanlar təşkil edilib

DİM bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib

Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub

“Şahin” hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib VİDEO

Birinci vitse-prezident Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib

Gəncədəki Rus Pravoslav Kilsəsində Pasxa bayramı qeyd olunub

Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam

Hərbi Hava Qüvvələrinin şəxsi heyəti üçün vətənpərvərlik ruhunda tədbir keçirilib

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Akademik Murtuza Nağıyevin anadan olmasından 116 il ötür

Mayın 5-i Həkim-Mama Günüdür

ABŞ-da Azərbaycan Ticarət və Sənaye Palatasında “Açıq qapı” günü təşkil olunub VİDEO

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib

Azərbaycanda 5 May - “Xalçaçı Günü”dür

Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər VİDEO

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər VİDEO

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub