Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Akif Əlizadə: Bu il AMEA-nın magistraturasına 120 tələbə qəbul olunub

Bakı, 16 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “Bilik günü” münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. Akademik 2015-ci ildə Prezident İlham Əliyevin dəstəyi ilə AMEA-nın magistraturasına ilk qəbulun həyata keçirildiyini və bunun elmi ictimaiyyət tərəfindən uğurla qarşılandığını deyib.

Qeyd edib ki, Prezident İlham Əliyevin 2009-cu il 4 may tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın və “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nın təsdiqi akademiyaya magistratura pilləsinin yaradılması üçün həm stimul, həm də hüquqi dəstək verib. Bu da öz növbəsində Milli Strategiyada Azərbaycanda elmi məktəblərin qorunması və elmin varisliyinin təmin edilməsi ilə yanaşı, ölkədə elmi tədqiqatlar mərkəzi olan AMEA-nın yüksəkixtisaslı kadrlar hazırlanması sahəsində fəaliyyətinin yeni əsaslarla qurulmasını ön plana çəkir.

AMEA-nın rəhbəri akademiyada magistratura yaradılmasının bir neçə istiqamətdə problemlərin həllinə hədəfləndiyini söyləyib və bunlardan ən əsasının kadr hazırlığı məsələsi olduğunu qeyd edib: “Kadr hazırlığı istiqamətində AMEA-da yeni nəfəs hiss olunur. Hazırda AMEA-dan məzun olmuş 134 nəfərin 82-si bizim əməkdaşdır. Ümumiyyətlə isə AMEA magistraturasına indiyədək qəbul olunmuş 204 nəfərin 166-sı təhsil almaqla yanaşı, həm də əmək bacarıqlarını bizim laboratoriyalarımızda daha da zənginləşdirir”.

Akif Əlizadə akademiyada elm və təhsilin inteqrasiyasına da çox ciddi diqqət yetirildiyini xüsusi vurğulayıb: “Bu məsələ AMEA-nın əsas prioritetlərindən biridir. Çünki günümüzün dinamik qlobal iqtisadiyyatı bilgi və bilgilərin inkişafına əsaslanır. Bu isə o vaxt uğurlu olur ki, təhsilalanın iştirakçısı olduğu cəmiyyət bir neçə elmi biliyə yiyələnir və multidisiplinar keçidə hazır olur. Yaradıcı, uyğunlaşabilən, tənqidçi, işbirliyi bacaran kadr hazırlamaq üçün elmlə inteqrasiya olunmuş təhsil bilikləri auditoriyada və praktikada öyrətmənin ən effektiv yoludur və təhsilalanlara hərtərəfli tədqiqat aparmaq imkanı yaradır”.

Akademik bildirib ki, AMEA-nın magistraturasını bitirmiş məzun magistrlərin əksəriyyəti təhsillərini doktorantura və dissertantura pilləsində, 74 məzundan 48-i öz təhsilini fəlsəfə doktorluğu hazırlığı üzrə davam etdirib. Akademik beş nəfərin İngiltərənin Oksford, Fransanın Monpelye, Çinin Jilin Kənd Təsərrüfatı, Rusiyanın Moskva Fiziki Tədqiqatlar və Türkiyənin İstanbul universitetləri kimi dünyanın qabaqcıl ali təhsil müəssisələrinə qəbul olunduqlarını, bu ilin məzunlarından 1-nin isə Türkiyənin Kocaeli Universitetinin geofizika ixtisasına tam təqaüdlə qəbul edildiyini bildirib.

Akif Əlizadə institutlarda müasir tələblərə cavab verən auditoriyalar, praktik dərslərin aparılması üçün müasir laboratoriyalar, eləcə də maddi-texniki tədris bazasının təkmilləşdirilməsi prosesindən, magistrantların elmi nailiyyətlərinin artırılmasına dəstək vermək, təhsildə və elmdə yüksək nəticə göstərən tələbələrin fəaliyyətini stimullaşdırmaq məqsədilə hər il təşkil edilən “Magistr” müsabiqəsindən də bəhs edib. Bu ildən isə yüksək balla magistraturaya daxil olan, həmçinin elm və təhsildə fərqlənən tələbələrə AMEA prezidentinin xüsusi təqaüdünün veriləcəyini bildirib: “Bu, tələbələrin elm və təhsilə marağını artırmaqla yanaşı, həm də onların sosial durumunu daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Artıq AMEA-nın yataqxanası magistrantların sosial şəraitinin yaxşılaşdırılması üçün öz imkanlarını səfərbər edib. Bu da o deməkdir ki, magistrantlarımız bizim tələbəmiz olmaqla yanaşı, həm də bizim əməkdaşımızdır. Bu tendensiya davam etdiriləcək və növbəti mərhələdə innovativ dissertasiya mövzularını dəstəkləmək üçün “tələbə qrantı”nın da elan edilməsi nəzərdə tutulur”.

AMEA-nın prezidenti cari ilin qəbul nəticələri haqqında da məlumat verib: “AMEA-ya tələbə qəbulu keçən illərlə müqayisədə bu il iki dəfə çoxdur. İlk dəfə olaraq AMEA ödənişli magistr hazırlığına bu ildən start verdi. AMEA-nın magistraturasına bu il 22 ixtisas, 75 ixtisaslaşma üzrə 120 tələbə qəbul oldu. Bu da plan yerlərinin 90,2 faizinin dolması deməkdir, hansı ki, bir çox universitetlər bakalavr pilləsinin olmasına baxmayaraq bu göstəriciyə malik deyil”.

Sonda akademik Akif Əlizadə tədrisə cəlb olunmuş elmi rəhbərlərə və müəllimlərə müraciət edərək akademiyaya layiqli kadrlar yetişdirilməsi üçün əllərindən gələni əsirgəməməyi tövsiyə edib.

Sonra AMEA-nın akademik-katibi və müxbir üzvü Əminağa Sadıqov 2019/2020-ci tədris ili üçün akademiyada magistraturaya qəbulun nəticələrini nəzərə çatdırıb: “AMEA-ya tələbə qəbulu keçən illərlə müqayisədə bu il iki dəfə çoxdur. İlk dəfə olaraq AMEA ödənişli magistr hazırlığına bu ildən start verdi. AMEA-nın magistraturasına bu il 22 ixtisas, 75 ixtisaslaşma üzrə 120 tələbə qəbul olunub”.

Əminağa Sadıqov AMEA-nın qəbul planı hazırlanarkən ölkənin əsas prioritet inkişaf istiqamətlərinin nəzərə alındığını, əmək bazarında, həmçinin elmi-tədqiqat işlərində ən çox ehtiyac duyulan ixtisaslaşmalara önəm verildiyini diqqətə çatdırıb. O, ötən illər ərzində akademiyada magistratura fəaliyyəti, AMEA-nın magistratura pilləsi üzrə təhsil siyasətində tətbiq edilən yeniliklər və əldə olunan nailiyyətlərdən danışıb.

Daha sonra AMEA Riyaziyyat və Mexanika İnstitutunun I kurs ən yüksək bal toplamış magistrantı Xalidə Əliyeva, Nəsimi adına Dilçilik İnstitutunun I kurs magistrantı Xəyal Əsgərli, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun II kurs magistrantı Firuzə Rzayeva, Geologiya və Geofizika İnstitutunun məzun magistri Yusif Əliyev çıxış ediblər.

Tədbirdə AMEA-nın magistrantlarına tələbə biletləri təqdim olunub. Daha sonra AMEA-nın magistraturasında nümunəvi və məhsuldar pedaqoji fəaliyyətinə görə fizika-riyaziyyat elmləri doktoru, professor Şakir Nağıyev, fizika-riyaziyyat elmləri doktoru, professor Həmidulla Aslanov, kimya elmləri doktoru, professor Nizami Zeynalov, biologiya üzrə elmlər doktoru, professor Ramiz Əliyev və Aynur Məhərrəmova AMEA prezidentinin mükafatı ilə təltif olunublar.

Sonda Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuş AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil Baş İdarəsinin Doktorantura şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Ömər Gülalov, AMEA Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdirləri - Almaz Tağıyeva, Nizami Mürsəlov və həmin institutun böyük elmi işçisi Məhyəddin İskəndərov, AMEA İdarəetmə Sistemləri İnstitutunun Təhsil şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Sevinc Quliyeva, AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin müdiri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova, Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Təhsil şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Rüstəmovaya döş nişanları təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib