Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Arif Həşimov AMEA-nın Yer və Kimya Elmləri bölmələrinin həqiqi və müxbir üzvləri ilə görüşüb

Bakı, 12 may, AZƏRTAC

AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Yer və Kimya Elmləri bölmələrinin həqiqi və müxbir üzvləri ilə görüşüb.

Bu barədə AZƏRTAC-a akademiyadan məlumat verilib. Bildirilib ki, görüş AMEA-nın aprelin 27-də keçirilmiş Ümumi yığıncağının davamı olaraq keçirilib.

Tədbirdə çıxış edən akademik Arif Həşimov bildirib ki, görüşün keçirilməsində məqsəd mövcud problemləri dinləmək və onların həll yollarını müəyyənləşdirmək, eləcə də akademiyanın hazırkı potensialından istifadə etməklə Azərbaycan elminin inkişaf dinamikasını təmin etmək, həmçinin gələcək fəaliyyət planını və istiqamətləri müzakirə etməkdir. Akademiyanın ümumi yığıncağında yekun qərar layihəsinin qəbul olunduğunu və sözügedən sənəddə elmi bölmələrə müəyyən tapşırıqların verildiyini xatırladan Arif Həşimov Yer və Kimya Elmləri bölmələrinin AMEA-nın əsas aparıcı sütunlarından olduğunu deyib. O, tədbirdə səsləndiriləcək təkliflərin önəmli olduğunu, digər bölmələrin üzvləri ilə də keçiriləcək görüşlərdən sonra AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında verilmiş təkliflər əsasında müvafiq qərarın qəbul ediləcəyini diqqətə çatdırıb.

Kimya Elmləri Bölməsinin üzvü akademik Abel Məhərrəmov ötən əsrin ortalarından etibarən AMEA-nın Yer və Kimya Elmləri bölmələrində aparılan tədqiqatların respublikamızın iqtisadiyyatının formalaşmasına mühüm töhfələr verdiyini söyləyib. Qeyd edib ki, neftin çıxarılması və emalı ilə bağlı işlərin həyata keçirilməsində Yer Elmləri Bölməsinin, onlardan kimyəvi məhsulların alınmasında isə Kimya Elmləri Bölməsinin alimlərinin xüsusi rolu olub.

Azərbaycan elminin inkişaf dinamikasının təmin edilməsi ilə bağlı fikirlərini bölüşən akademik Abel Məhərrəmov gənclərə məqalələrin çapına görə stimullaşdırıcı mükafatın verilməsi, Elmin İnkişafı Fondu tərəfindən verilən qrant layihələrinin elmi məktəbləri olan sahələrə ayrılması, elmin inkişafı istiqamətində xüsusi proqramların maliyyələşdirilməsi, eləcə də ölkələrarası elmi məktəblərin sintezində aparıcı sahələr üzrə birgə tədqiqatların aparılmasına dair təkliflərini səsləndirib.

Kimya Elmləri Bölməsinin üzvü akademik Vaqif Fərzəliyev isə elmi tədqiqatların istehsalata tətbiqi məqsədilə AMEA-nın Yüksək Texnologiyalar Parkının daha da inkişaf etdirilməsi, gənc kadrların hazırlanması, onların prioritet istiqamətlər üzrə xaricdə təcrübə keçməyə göndərilməsi və sosial problemlərlə bağlı təkliflərini iclas iştirakçılarına təqdim edib.

Görüşdə, həmçinin Kimya Elmləri Bölməsinin üzvü akademik Vaqif Abbasov çıxış edərək AMEA-ya ayrılan maliyyənin artırılması, qrant layihələrinin koordinasiyasının təşkili, zəruri ixtisaslar üzrə həqiqi və müxbir üzvlüyə yeni seçkilərin keçirilməsi və Qarabağda aparılan tədqiqat işlərində akademiyanın yaxından iştirakı ilə bağlı təkliflərini verib.

Yer Elmləri Bölməsinin üzvü akademik Akif Əlizadə isə belə görüşlərin akademiyanın gələcək fəaliyyət proqramını müəyyənləşdirmək baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyib. Elmlə təhsilin inteqrasiyasının vacib məsələlərdən olduğunu deyən Akif Əlizadə alimlərin ali təhsil müəssisələrində fəaliyyətinin gələcək elmi kadrların seçilməsinə, onların AMEA-ya dəvət edilməsinə töhfə verəcəyini bildirib. Həmçinin vurğulayıb ki, akademiyanın özünün universitetinin yaradılması xüsusi əhəmiyyət kəsb edir və bu baş vermədən yeni elmi məktəblərin formalaşması çox çətin olacaq. AMEA-da tam təhsilin təşkili müasir istiqamətlər üzrə kadrların hazırlanması işinə mühüm töhfə verəcək.

Bu gün bir çox gənc kadrların xarici dil bilmədiklərini diqqətə çatdıran akademik Akif Əlizadə bunun ciddi problem olduğunu və gənc kadrların yüksəkixtisaslı mütəxəssis kimi yetişmələrinə əngəl törətdiyini deyib.

Akademik, həmçinin biznes mühiti ilə əlaqə olmadan inkişaf etməyin mümkünsüz olduğunu vurğulayıb, AMEA-nın Yüksək Texnologiyalar Parkının akademiyanın gələcəyi üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Kimya Elmləri Bölməsinin üzvü AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov isə çıxışında diqqəti elmi müəssisə və təşkilatlarda aparılan tədqiqatların səviyyəsinin artırılmasına çəkib. Bildirib ki, bu gün əhəmiyyətli tədqiqatların aparılması üçün müasir standartlara cavab verən avadanlıqlara, eləcə də eksperimental araşdırmalar üçün bir sıra çətin tapılan kimyəvi maddələrə ehtiyac var. O, həmçinin mövcud avadanlıqların təmiri ilə bağlı problemləri dilə gətirib.

Sonda çıxış edən akademik Arif Həşimov səsləndirilən təkliflərə münasibətini bildirib. O, son illərdə akademiyada müasir elmi istiqamətlər üzrə önəmli tədqiqatlar aparıldığını deyib, bu gün AMEA-nın kadr potensialının qorunması işinə diqqətin artırıldığını, gənclərin dünyanın aparıcı elmi mərkəzlərində təcrübəyə göndərildiklərini söyləyib. Akademik, həmçinin bu istiqamətdə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), Polşanın aidiyyəti qurumu ilə əlaqələrdən danışıb, səsləndirilən təkliflərin yazılı şəkildə Rəyasət Heyətinə təqdim olunmasını tövsiyə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb VİDEO

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub