Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik İradə Hüseynova: Pandemiyaya qarşı mübarizədə vətəndaş mövqeyi göstərməliyik

Akademik İradə Hüseynova: Pandemiyaya qarşı mübarizədə vətəndaş mövqeyi göstərməliyik

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycanda COVID-19 xəstəliyinə ilk yoluxma hallarının qeydə alınmasından artıq il yarıma yaxın vaxt keçir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2020-ci il martın 11-də pandemiya elan edilmiş bu xəstəlik dünyanı, o cümlədən ölkəmizi də qəflətən, hazırlıqsız yaxaladı. Lakin dünyanın əksər dövlətlərindən fərqli olaraq, Prezident İlham Əliyevin ciddi nəzəri və praktiki analizə, dünya üzrə toplanmış tarixi təcrübəyə və uzaqgörən təfəkkürə əsaslanan qərarları, xalqımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin olunması istiqamətində atdığı düşünülmüş addımlar öz nəticəsini verib. Ölkədə pandemiyanın ilk çağlarından hakimiyyət strukturları və resursları sürətlə səfərbər edilərək ÜST ilə sıx əməkdaşlıq şəraitində koronavirusa qarşı sosial-xilasedici yükü olan preventiv mübarizə tədbirlərinin həyata keçirilməsinə başlanılıb, koronavirusun törətdiyi tibbi, iqtisadi, sosial və s. təsirlərə qarşı effektiv mübarizə üsulu və formalarının tapılması və işə salınması istiqamətində məqsədyönlü qabaqlayıcı tədbirlər kompleksi hazırlanaraq tətbiq olunub.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova söyləyib. Akademik bildirib ki, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” və daha geniş əhatəli Tədbirlər Planı təsdiq edilib. Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başlayıb, Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, iqtisadiyyatın ən çox ziyan görmüş sektorlarına, karantin qaydalarının tətbiqi səbəbindən işsiz qalmış əhaliyə, sahibkarlara, əhalinin sosial cəhətdən həssas qruplarına dəfələrlə hərtərəfli yardımlar və güzəştlər edilib. Bunların nəticəsində koronavirusun ölkədə kütləvi yayılmasının qarşısı alınıb, təhlükə törədə biləcək miqrasiya prosesləri, karantin proseduru yarada bilən hallar tam nəzarətə götürülüb, əhali arasında maarifləndirmə işi yüksək səviyyədə təşkil edilib, Operativ Qərargah koronavirusun yayılma proseslərinə vaxtında və düzgün reaksiya göstərib.

AMEA-da da koronavirusla bağlı profilaktik və maarifləndirici tədbirlərin görülməsi istiqamətində lazımi addımlar atılıb, bir sıra qərarlar qəbul edilərək yerinə yetirilib. Burada koronavirusla bağlı beynəlxalq konfrans, çoxsaylı seminarlar, dəyirmi masalar və digər tədbirlər keçirilib, alim və mütəxəssislər tərəfindən KİV-də çıxışlar edilib, məqalələr dərc olunub. Qeyd etmək lazımdır ki, pandemiya ilə mübarizə istiqamətində Azərbaycanın nümunəvi təcrübəsi bir çox ölkə tərəfindən fəaliyyət proqramı kimi geniş şəkildə istifadə olunub. Bütün çətinliklərə baxmayaraq, bu gün ölkənin iqtisadiyyatı kifayət qədər normal inkişaf edir, yeni-yeni meqalayihələr icra olunur. Əlamətdar haldır ki, pandemiya doğma Qarabağımızın düşmən işğalından azad edilməsinə mane ola bilməyib və bu gün Azərbaycan düşmən tərəfindən viran qoyulmuş Vətən torpaqlarının və təbiətinin bərpasına bütün gücü ilə başlayıb.

Vurğulanıb ki, cəmi bir neçə həftə əvvəl COVID-19-a yoluxma hallarının ikirəqəmli ədədlə ifadə olunmağa başlaması və faktiki xəstə sayının bir neçə yüzə qədər düşməsi 44 günlük müharibədə olduğu kimi, koronavirusa da ən qısa zamanda qalib gələcəyimizə böyük inam yaratmışdı. Lakin bildiyiniz kimi, bir sıra səbəblərdən, ən çoxu da sosial məsuliyyətsizliyin və arxayınlığın artması nəticəsində yoluxma halları yenidən çoxalmış və hazırda faktiki xəstə sayı 15 min 500-ü keçib, gündəlik yoluxma 2 min 500-ə yaxınlaşıb. 2021-ci il avqustun 11-dək ölkədə ümumən 357 min 58 yoluxma faktı qeydə alınıb, indiyə qədər ümumi ölüm halları 5 min 95 olub. Yayılmanın artmasının digər bir səbəbi isə son vaxtlar virusun mutasiyaya uğraması ilə Hindistan, Cənubi Afrika, Böyük Britaniya, Avstraliya və s. kimi qorxulu ştamların yaranmasıdır. Həmin ştamların bəzilərinin Azərbaycana daxil olması faktları var ki, bu isə yoluxmanın tempini bir qədər də artırır.

Dünya üzrə pandemik vəziyyəti daha yaxşı təsəvvür etmək üçün daha güclü ölkələr üzrə statistikaya nəzər salsaq görərik ki, koronavirusa yoluxanların və bu pandemiya qurbanlarının 80 faizdən çoxu 27 ölkənin payına düşür. Nə qədər qəribə də olsa, həmin sırada iqtisadi və elmi-texnoloji cəhətdən kifayət qədər inkişaf etmiş, güclü və yaxşı təşkil olunmuş səhiyyəyə, xüsusən farmakologiyaya malik ölkələr çoxdur. Bütün bunlar pandemiyanın dünyanı hələ uzun müddət narahat edəcəyini, ona qarşı mübarizədə hər şeyə rəğmən ayıq-sayıq olmağın vacibliyini bir daha sübut edir.

Heç kimə sirr deyil ki, koronavirusa qarşı əsas mübarizə tədbiri effektiv vaksinlərin yaradılmasıdır. Bu gün dünyada istifadəsinə icazə verilmiş və geniş tətbiq olunan çoxsaylı vaksinlər mövcuddur. Dünyanın aparıcı ölkələri (ABŞ, İsrail, Rusiya, Çin, əksər Avropa ölkələri və s.) vaksinasiya prosesində liderdirlər. Yeni vaksinlərin yaradılması işi də bütün gücü ilə davam edir. Virusların əksəriyyəti biotexnoloji üsullarla, digərləri isə klassik üsulla hazırlanır. Bu gün əsasən inaktiv (Sinovac), mRNA tipli (Pfizer-BioNTech, Moderna), DNT tipli (AstraZeneca, Sputnik) peyvəndlərdən istifadə edilir. Fərəhləndirici haldır ki, yeni texnologiya əsasında alınmış və ÜST-nin sınaq məqsədilə qəbul etdiyi protein əsaslı daha bir vaksin azərbaycanlı alim, Türkiyənin Akdeniz Universitetinin professoru, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupu tərəfindən hazırlanıb. Bu peyvənd klinik sınaqlardan keçərsə, istehsalı mümkün olacaq. Tərlan Məmmədov və onun qrupu, həmçinin COVID-19-a qarşı dərman əldə edib ki, onun yüksək təsiretmə qabiliyyətli olacağına böyük ümid bəslənilir.

Əminliklə demək olar ki, bu gün dünyada olduğu kimi, Azərbaycanda da mövcud durumdan çıxmaq üçün ən səmərəli vasitə əhalinin əksəriyyətinin vaksinasiya prosesinə cəlb edilməsidir. Lazımi miqdarda müxtəlif vaksinlərin alınaraq ölkəyə gətirilməsi istiqamətində dövlət tərəfindən bütün addımlar atılıb. Lakin əhalinin müəyyən hissəsinin peyvəndlənməyə inamsız və ya laqeyd yanaşması ciddi problemlər doğurur. Ona görə də iqtisadiyyatın müəyyən sektorlarında fəaliyyət göstərən insanların vaksinasiyaya məcbur edilməsinə ehtiyac yaranıb. Qeyd edilən məsələlərlə bağlı insanların düzgün yönləndirilməsi, müvafiq maarifləndirmə işinin aparılmasında ziyalıların, mütəxəssislərin üzərinə bir sıra mühüm vəzifələr düşür. Bu məqsədlə qəzet və jurnalların, televiziya və radio kanallarının, sosial şəbəkələrin, digər ictimai dialoq vasitələrinin imkanlarından geniş istifadə etmək vacibdir.

“Təəssüf ki, bu gün sosial şəbəkələrdə və ictimaiyyət arasında koronavirus, yoluxmada baş verən tərəddüdlər, peyvəndlər və peyvəndlənmə haqqında yanlış məlumatlar həddindən artıq çox və sürətlə yayılır. Hər deyilən sözə, ilk baxışdan nə qədər məntiqli görünsə də, inanmaq doğru deyil. G5 texnologiyasından, viruslar və bu kimi digər xəstəliktörədicilərdən, koronavirusların quruluşundan, yoluxma mexanizmlərindən, vaksinlərin iş prinsipindən heç bir anlayışı olmayan diletantlar, saxta həkim və alimlər olduqca məsuliyyətsiz çıxışlar etməklə xalqı təhlükəli labirintə saldıqlarının fərqinə belə varmır və ya qəsdən insanları çaşqınlığa salırlar. Ən dəhşətlisi də bundadır ki, bu cür şəxslər danışdıqca və cılız ideyalarına həmfikir tapdıqca özləri də öz yalanlarına inanmağa başlayırlar. Ona görə də koronaviruslar, vaksinlər və peyvəndlənmə haqqında məlumatları UNICEF və ÜST kimi etibarlı mənbələrdən almaq daha düzgündür. Təbii ki, vaksinlərin də əks göstərişləri ola bilər. Ona görə də vaksinin tərkibindəki hər hansı komponentə qarşı kəskin allergiyası olan və hazırda COVID-19 xəstəliyinin əlamətlərini, simptomlarını keçirən insanlara koronavirusa qarşı vaksin vurularkən ehtiyatlı olmaq lazımdır. Bu hallarda müvafiq xəstəliklərin müalicəsi ön plana çıxmalıdır, sağaldıqdan sonra yenidən vaksin haqqında düşünmək olar. Elmi dairələrdə hamilə qadınlara, uşaqlara və immunitet sistemi zəif olanlara da vaksin vurulması ilə bağlı ehtiyatlı fikirlər səsləndirilməkdədir. Vaksin vurdurduqdan sonrakı bir neçə gün ərzində az bir qrup insanda yüngül və daha az hallarda orta səviyyəli yan təsirlərin əmələ gəlməsi də normaldır və keçib getməlidir. Bu gün ÜST-nin “süzgəcindən” keçmiş və dünya üzrə istifadə olunan vaksinlər COVID-19 xəstəliyindən yüksək faizlə qorunmaq imkanı verir. Lakin təbiidir ki, hər bir insan orqanizminin özünəməxsusluğu antitellərin yaranmasında da özünü büruzə verir. Əgər vaksin vurulduqdan sonra da orqanizmdə kifayət qədər antitel yaranmayıbsa və fərd özünü qorumursa, yoluxma və ya təkrar yoluxma təhlükəsi gözləniləndir. O da ola bilər ki, peyvəndlənmiş insan yoluxur, ancaq xəstəliyi yüngül, simptomsuz keçirir və deməli, özü də bilmədən virusun daşıyıcısına və yayıcısına çevrilə bilir. Ona görə də vaksin vurdurub-vurdurmamasından asılı olmayaraq, hər bir kəs insanların çox olduğu yerlərdən uzaq durmaq, sosial məsafə saxlamaq, əlləri tez-tez və sabunla yumaq, maska taxmaq, çalışdığı və yaşadığı otaqları müntəzəm havalandırmaq kimi tədbirlərdən əsla imtina etməməlidir. Azərbaycanda mövcud durumda yenidən qapanmalara, karantin qaydalarının sərtləşdirilməsinə gedilməməsi əhalinin sosial məsuliyyətindən və bəzi məmurların öz vəzifələrinə vicdanla yanaşmasından xeyli dərəcədə asılıdır. Biz vaksinləşmədən uzaq qaçmaqla, müxtəlif xarakterli məclislərdə tez-tez və sıx şəkildə bir yerə toplaşmaqla, adi gigiyena qaydalarına və maska taxılmasına etinasız yanaşmaqla pandemiyaya qısa müddətdə zəfər çalma ehtimalımızı aşağı salır, Qarabağın dirçəldilməsi və milli təhlükəsizliyin təmin olunmasına yönəldilməli olan resursların pandemiya və onun nəticələri ilə mübarizəyə sərf edilməsinə səbəb oluruq. Çox istərdim ki, bu fakt insanlarımız tərəfindən ciddi dərk edilsin, vətənsevərliyimizi, vətəndaş mövqeyimizi bir də pandemiyaya qarşı mübarizədə göstərək”, - deyə akademik İradə Hüseynova fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən REPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan “yaşıl dəhliz” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir

Azərbaycanlı qida mütəxəssisi Mərakeşdə keçirilən festivalda iştirak edib

Argentinanın etiqad işləri üzrə katibi Azərbaycanda tolerantlığın qorunub saxlanılmasını yüksək qiymətləndirib

Dövlət Xidməti: Bir sıra bank və müəssisələrə aid çoxsaylı konfidensial məlumatlar ödənişsiz platformalarda dərc olunur

Nigeriyada qızılca xəstəliyindən bir həftədə 42 nəfər ölüb

Berlində “Diehl” müdafiə konserninin binası yanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Premyer Liqa: Bu gün “Qarabağ” – “Neftçi” oyunu keçiriləcək

Rusiyalı deputat: “Bakı Prosesi” özünü qlobal platforma kimi tanıtdı

Xankəndidə bir həftə ərzində xeyli sayda silah-sursat və partlayıcı maddələr aşkarlanıb