ELM VƏ TƏHSİL
Akademik Midhət Abasovun xatirəsi anılıb
Bakı,14 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) neftçi alim, Dövlət mükafatı laureatı, Əməkdar Elm Xadimi, akademik Midhət Abasovun anadan olmasının 90 illik yubileyinə həsr edilən seminar keçirilib.
GGİ-dən AZƏRTAC-a bildiriblər ki, AMEA-nın müxbir üzvü Zöhhak Abbasov yubiley toplantısının əhəmiyyətindən danışıb, akademikın elmi fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib.
Sonra akademikın elmi yaradıcılığını və nailiyyətlərini əks etdirən məruzələr dinlənib.
AMEA-nın müxbir üzvü Qərib Calalov “Layların hidroqazdinamika üsulları və süzülmə modellərinin parametrik identifikasiyası” və AMEA-nın müxbir üzvü Qalib Əfəndiyev “Akademik M.Abasovun rəhbərliyi ilə yerinə yetirilmiş elmi-praktik tədqiqatlar” mövzularında çıxış ediblər.