SİYASƏT
AKADEMİK RAMİZ MEHDİYEVİN “GƏLƏCƏYİN STRATEGİYASINI MÜƏYYƏNLƏŞDİRƏRKƏN: MODERNLƏŞMƏ XƏTTİ” VƏ “AZƏRBAYCANLILARIN SOYQIRIMININ REALLIQLARI” ƏSƏRLƏRİ BİŞKEKDƏ BİR KİTABDA ÇAP OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Bişkekdəki “Meqa-Mediya” nəşriyyatında Qırğızıstandakı Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Prezidentin İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti” və “Azərbaycanlıların soyqırımının reallıqları” əsərləri qırğız və rus dillərində bir kitabda nəfis şəkildə 5 min tirajla çap olunmuşdur.
Əsərləri rus dilindən qırğız dilinə Qulbarçın Bayımbetova, Ayşa Maksutova, Nazqul Aliyeva və Zamira Djumaşaliyeva tərcümə etmişlər.
######