İQTİSADİYYAT
Aktuarilər üçün attestasiya keçiriləcək
Bakı, 24 noyabr, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası aktuari şəhadətnaməsi almaq istəyənlər üçün attestasiya keçirəcək.
Palatadan AZƏRTAC-a bildiriblər ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” qaydalarının 4.1-ci bəndinə əsasən, aktuari şəhadətnaməsi almaq üçün müraciət edən şəxslər noyabrın 25-də saat 10:00-da qurumun binasında keçiriləcək attestasiyaya dəvət olunurlar.
Attestasiyada iştirak etmək üçün şəxsiyyət vəsiqəsinin təqdim edilməsi tələb olunur.
İmtahan verəcək şəxslər: Əhmədova Tamella Rəfail qızı, Həsənova Afət Oqtay qızı, Abdurəhmanova Aidə Fəxrəddin qızı və Əsədzadə Elçin Nizami oğlu.