DÜNYA
Alabama ştatında naməlum şəxs bank əməkdaşlarını girov götürüb [YENİLƏNİB]
Bakı, 10 yanvar, AZƏRTAC
Son məlumata görə, polis 8 nəfəri girov götürməkdə şübhəli bilinən şəxsi həbs edib.
İnsident nəticəsində xəsarət alan olmayıb. Bankın girovluqda olan əməkdaşları doğmaları ilə görüşürlər.
20:59
ABŞ-ın Alabama ştatının Taskalusa şəhərində naməlum şəxs kredit kooperativində (bank müəssisəsi) girovlar götürüb
AZƏRTAC xəbər verir ki, Fox News kanalının yaydığı məlumata görə, hadisə ilə əlaqədar Alabama Universitetinin yaxınlıqda yerləşən kampusu bağlanıb.
Şəhər polisinin nümayəndəsi Tina Riçardson CBS telekanalına bildirib ki, azı bir nəfər silahlı şəxs yerli vaxtla saat 8:30-da, müəssisə açılmazdan əvvəl kooperativin binasına girib. İlkin məlumata görə, o, qarət etməyi planlaşdırıb. Hazırda polis şübhəli şəxslə əlaqə yaratmağa cəhd göstərir.
Nümayəndənin sözlərinə görə, insident zamanı binada müştərilər olmayıb. Neçə əməkdaşın girov saxlandığı hələlik məlum deyil.