RƏSMİ SƏNƏDLƏR
Albaniya-Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyətinin sədri Entela Muçodan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli Bayramınız-Respublika Günü münasibətilə Sizi və ölkənizin xalqını Albaniya-Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Müsəlman Şərqində ilk demokratik respublikanın fəaliyyətini və dövlətçilik ənənələrini bu əlamətdar bayram günündə Sizinlə birlikdə xatırlamaq çox xoşdur.
Cənab Prezident, Sizə möhkəm cansağlığı arzu edir, Azərbaycanın və onun xalqının həmişə güclü, xoşbəxt və müstəqil olmasını diləyirik.
Hörmətlə,
Entela Muço
Albaniya-Azərbaycan Dostluq, Elm və Mədəniyyət Cəmiyyətinin sədri