Albaniya Respublikasının Prezidenti Buyar Nişanidən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Albaniya xalqı adından və şəxsən öz adımdan Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına inkişaf və firavanlıq arzulamaqdan şərəf duyuram.
Bu il martın 11-də Bakıda Zati-alinizlə görüşümüzü məmnunluqla xatırlayıram. Həmin görüşdə ölkələrimiz arasındakı münasibətləri yüksək qiymətləndirərək, onları daha da möhkəmləndirmək niyyətimizi vurğulamışdıq. Əminəm ki, Sizin Albaniyaya səfəriniz ikitərəfli əlaqələrimizdə yeni, daha əlamətdar bir mərhələnin əsasını qoyacaq.
Fürsətdən istifadə edərək, Azərbaycanın və şəxsən Sizin energetika sektorunda, eləcə də TAP boru kəməri layihəsində Albaniyaya göstərdiyiniz dəyərli dəstəyə görə Zati-alinizə bir daha dərin minnətdarlığımı bildirirəm.
Zati-aliləri, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul edin.
Hörmətlə,
Buyar Nişani
Albaniya Respublikasının Prezidenti