Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Aleksandr Lukaşenko: Belarus və Azərbaycan arasında strateji əməkdaşlıq etimad, dostluq və qarşılıqlı yardıma əsaslanır

Aleksandr Lukaşenko: Belarus və Azərbaycan arasında strateji əməkdaşlıq etimad, dostluq və qarşılıqlı yardıma əsaslanır

Bakı, 25 noyabr, AZƏRTAC

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Trend informasiya agentliyinə müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

- Azərbaycan və Belarus arasında əməkdaşlığın cari səviyyəsini necə qiymətləndirirsiniz?

- Azərbaycan Belarusun mühüm və etibarlı siyasi və iqtisadi tərəfdaşlarından biridir. Bizim ikitərəfli münasibətlərimiz zamanın sınağından keçib və strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Bu əməkdaşlıq səmimiyyət, etimad, dostluq və qarşılıqlı yardıma əsaslanır. Belarus çətin vəziyyətlə qarşılaşdıqda Azərbaycan rəhbərliyinin vaxtında dost yardımı etdiyini çox yaxşı xatırlayırıq.

Belarus-Azərbaycan əməkdaşlığının inkişafına Heydər Əliyev əhəmiyyətli töhfə verib. Biz Heydər Əliyevlə birgə ikitərəfli əməkdaşlığın möhkəm əsasını qoymuşuq.

Azərbaycanın hazırkı Prezidenti İlham Əliyevin müvafiq diqqəti olmadan ölkələrimiz arasında münasibətlərin cari səviyyəsi belə yüksək ola bilməzdi. Vaxtilə biz ikitərəfli əməkdaşlığın prioritetlərini düzgün müəyyən etdik və praktiki nəticə verən razılaşmaları indi əlaqələndirilmiş şəkildə həyata keçiririk.

Bilirsiniz ki, bizim Azərbaycan Prezidenti ilə etibarlı, dost münasibətlərimiz var. Bu, təbii olaraq bütün dövlətlərarası əlaqələr sisteminə sirayət edib. Yüksək səviyyələrdə mütəmadi görüşlər üzrə yaxşı təcrübə formalaşıb, hökumətlər, parlamentlər, əsas nazirlik və qurumlar, işgüzar dairələr arasında ən əlverişli əməkdaşlıq əlaqələri yaradılıb.

Belarus və Azərbaycan beynəlxalq arenada yaxın mövqeyə malikdirlər, xalqlarımızın marağına uyğun müstəqil xarici siyasət yürüdürlər.

Ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyası aktiv fəaliyyət göstərir. Qarşılıqlı ticarətdə hər iki tərəfdən 270-dən çox müəssisə iştirak edir və onlar yüzlərlə növ məhsulun tədarükünü həyata keçirirlər. Azərbaycanın 45-ə yaxın şirkəti ölkənizdə Belarus müəssisələrinin diler və distribüteridir.

İki ölkə arasında istehsalat və xidmət sahələrində əməkdaşlıq genişlənir. Xüsusilə investisiya sahəsində ikitərəfli əməkdaşlığın fəallaşdığını qeyd etmək xoşdur. Azərbaycan biznesi bizə logistika və iş mərkəzlərinin, mehmanxana biznesi və ictimai iaşə obyektlərinin, infrastrukturun yaradılması ilə bağlı layihələrlə təşrif buyurur. Tikinti, qida sənayesi, maşınqayırma, nəqliyyat, turizm, bank və sığorta xidmətləri kimi sahələr investorlarda maraq oyadır.

Daimi əsasda innovasiya layihələri üzrə işçi qruplarının iclasları, eləcə də hər iki ölkənin Rabitə nazirliklərinin xətti ilə biznes-forumlar keçirilir. Bu istiqamətdə daimi əməkdaşlıq innovasiyaların irəliləyişi sistemini - onların layihə işləmələrindən tutmuş praktiki tətbiqinədək - yaratmağa imkan verib.

Digər sahələrdə də əməkdaşlıq tam sürətlə inkişaf edir. Hər iki ölkənin elm adamları arasında uzunmüddətli əlaqələr qurulub. Onlar birgə elmi layihələri icra edirlər. Hər il Belarus və Azərbaycan artistləri daim uğurla keçən qarşılıqlı qastrol səfərləri edirlər.

Əminəm ki, ölkələrimiz arasında siyasi, ticari-iqtisadi, təhsil, mədəni və digər münasibətlərin hazırkı sistemi ikitərəfli strateji tərəfdaşlığın dinamik inkişafının mühüm amilidir.

Mən bir daha Azərbaycanla əməkdaşlıq haqqında dəfələrlə dediyim ifadəni təkrar etmək istərdim: “Kaş hər dövlətlə belə münasibətlərimiz olsun”.

- İki ölkə arasındakı cari əməkdaşlıq forması real imkanları nə dərəcədə əks etdirir?

- Belarus və Azərbaycan güclü intellektual, təhsil, elmi, iqtisadi, texnoloji və istehsalat potensialına malikdirlər. Bu gün Minsk və Bakı məhz qarşılıqlı səmərəli layihələrin axtarışına və reallaşdırılmasına istiqamətləniblər. Buna ilk növbədə hər iki prezidentin səyləri yönəlib. Yaxşı nəticələr var. Məsələn, 2007-ci ildən Gəncə avtomobil zavodunda təqribən 8 min ədəd “Belarus” traktoru və 3500 ədəddən çox “MAZ” markalı texnika yığılıb. 2015-ci ildə Azərbaycanın bu müəssisəsi Avrasiya İqtisadi Birliyi xaricində Belarus traktorlarının yığılması ilə məşğul olan ən böyük istehsalat sahəsi olub.

Ölkələrimiz üçün faydalı olan belə nümunələr daha çox ola bilər və olmalıdır. Biz adi ticarət çərçivəsindən kənara çıxan layihələrdə fəal iştirak etməyə hazırıq. Bu, iqtisadiyyatın müxtəlif sahələrində innovasiya ideyalarına əsaslanan birgə istehsalatın yaradılması və kənd təsərrüfatı, istehlak mallarının istehsalı, nəqliyyat, informasiya texnologiyalarının inkişafı sahələrində əməkdaşlığın intensivləşdirilməsidir.

Standartlaşdırma, rəqəmsal televiziyanın inkişafı, elektrik rabitəsi şəbəkələrinin və telekommunikasiya avadanlıqlarının modernləşdirilməsi, informasiya təhlükəsizliyi, trafik mübadiləsi sahələrində birgə işə qarşılıqlı maraq mövcuddur. Belarus tərəfinin nüvə tədqiqatları sahəsində mövcud təcrübəsini nəzərə alaraq, Azərbaycanın mənimsəməyə başladığı atom enerjisinin inkişafı üzrə birgə fəaliyyət perspektivləri var.

Bizim əməkdaşlığımızın əsas hədəflərindən biri də birgə səylərlə istehsal olunan məhsulların üçüncü ölkələrə satışıdır. Yeri gəlmişkən, Azərbaycan bu məhsulların həm Qafqaz regionu, həm də Yaxın Şərq bazarlarında irəliləməsində əhəmiyyətli rol oynaya bilər.

- Azərbaycan hökuməti ölkədə bir sıra sənaye parkları və məhəllələri yaradır. Belarus sahibkarları belə layihələrə maraq göstərə və bu layihələrdə iştirak edə bilərlərmi?

- Şübhəsiz ki, Belarus tərəfi bu planların reallaşdırılmasında iştirak etməkdə maraqlıdır. Biz xarici bazarda infrastruktur layihələrinin müşayiəti sahəsində əhəmiyyətli iş təcrübəsinə malikik. Bu həm tikinti xidmətləri, həm “tam hazır” obyektlərin təhvil verilməsi, həm də maşın və avadanlıqların tədarüküdür. Fikrimcə, bizim sahibkarlar azərbaycanlı sifarişçilərlə ümumi dil tapa biləcək. Çünki Belarus qarşılıqlı maraq kəsb edən bütün sahələrdə əməkdaşlığa açıqdır və dövlətlərimizin möhkəmlənməsinə və vətəndaşlarımızın həyat səviyyəsinin yüksəlməsinə xidmət edən istənilən ideyanın həyata keçirilməsinə hazırdır.

- Avrasiya İqtisadi Birliyinin yaradılması azərbaycanlı investorların Belarusa gəlişini nə dərəcədə stimullaşdırdı? Onlar hansı imtiyazları əldə etdilər?

- Bu gün iki il əvvəl fəaliyyətə başlayan Avrasiya İqtisadi Birliyinin azərbaycanlı investorların Belarusa gəlişinə necə təsir etdiyini birmənalı şəkildə ifadə etmək olmaz. Bu cür rəqəmləri misal çəkə bilərəm: 2015-ci ildə Belarusa azərbaycanlı tərəfdaşlardan daxil olan investisiyaların həcmi təqribən 5,5 milyon ABŞ dolları təşkil edib. Bu, Birliyin olmadığı 2014-cü ilin göstəricisinin 80 faizindən bir qədər çoxdur. 2016-cı ilin yanvar-iyun aylarında belə daxilolmaların həcmi 4 milyon dolları ötüb, bu isə ötən ilin müvafiq dövrünün göstəricisindən təxminən 50 faiz çoxdur. Özünüz qiymət verin. Lakin şübhəsiz ki, Avrasiya İqtisadi Birliyi haqqında müqavilənin qüvvəyə minməsindən sonra Belarus iqtisadiyyatına investisiya qoyan azərbaycanlı iş adamları özlərinin bütün məhsul çeşidləri ilə Birlik ölkələrinin bazarlarına birbaşa çıxış imkanına malikdirlər. Bəs bu bazarın xüsusiyyəti nədən ibarətdir? Bu birləşmənin əsas məqsədlərindən biri mal, xidmət, kapital və işçi qüvvəsinin Birlik daxilində sərbəst hərəkətini təmin etmək olub. Bundan başqa, bu, müvafiq tarif siyasəti olan vahid gömrük ərazisidir. Burada təşkilat üzvləri üçün bərabər təsərrüfat şərtləri, eləcə də vahid texniki nizamlama qaydaları, sanitar, baytarlıq və fitosanitar normaları mövcuddur.

Həmçinin qeyd etmək lazımdır ki, Belarusda kifayət qədər cəlbedici investisiya və vergi mühiti yaradılıb. Burada bir sıra preferensial rejimlər var ki, bunlar da beynəlxalq şirkətlər üçün, o cümlədən vergi planlaşdırılması və optimallaşdırılması baxımından çox faydalı ola bilər. Mən azad iqtisadi zonalarda, Yüksək Texnologiyalar Parkında və Çinlə birgə yaratmaqda olduğumuz “Böyük daş” sənaye parkında biznesin təşkili zamanı güzəştli təsərrüfatçılıq şərtlərini nəzərdə tuturam. İstənilən şirkət Belarusun kiçik və orta şəhərlərinin ərazilərində fəaliyyətə başlayaraq investisiya xərclərinin və vergi yükünün maksimum azaldılması kimi əlavə mənfəət əldə edə bilər.

- Uzun fasilədən sonra, oktyabrda Belarus Azərbaycan neftinin alışını bərpa etdi. Azərbaycan və Belarus arasında energetika sahəsində daha hansı əməkdaşlıq istiqamətlərinə baxmaq olar?

- Bu, Belarus üçün ikitərəfli əməkdaşlığın, o cümlədən enerji resursları mənbələrinin diversifikasiyası kontekstində prioritet istiqamətlərindən biridir. Artıq bu sahədə müsbət birgə iş təcrübəsinə sahibik. Respublikamız hələ SSRİ vaxtından inkişaf etmiş neft-kimya kompleksinə malikdir. Bu müəssisələr dünya standartlarına cavab verən yüksək texnoloji səviyyə ilə, neft emalının dərinliyi və neft məhsullarının keyfiyyəti ilə xarakterizə olunur. Belarus neft-kimya məhsullarının 70 faizindən çoxu xarici bazarlarda satılır. Ona görə də Azərbaycan neftinin Belarus zavodlarında emalı bizim üçün böyük maraq kəsb edir. Biz bu işi təşkil edərək kimya sahəsində qarşılıqlı fəaliyyəti əhəmiyyətli dərəcədə genişləndirə bilərik. Bu, xüsusilə xammalın qarşılıqlı tədarükü və Belarus və Azərbaycan kimya müəssisələri arasında sıx əməkdaşlığın qurulması ola bilər.

Bərpa olunan enerji mənbələrinin istifadəsi sahəsində əməkdaşlıq da perspektivlidir. Bu sahədə qarşılıqlı fəaliyyətin diapazonu çox geniş ola bilər - birgə elmi tədqiqatların aparılmasından müasir yüksək effektli enerji qurğularının yaradılmasınadək.

- Belarus Azərbaycanın təşəbbüs göstərdiyi, Avropa və Asiya arasında yüklərin daşınması vaxtına əhəmiyyətli dərəcədə qənaət etməyi nəzərdə tutan beynəlxalq Transxəzər nəqliyyat dəhlizi layihəsinə maraq göstərirmi?

- Bəli, bu bizə maraqlıdır. Müasir şərtlərdə malların dövlətlər arasında hərəkəti iştirakçılara geniş xidmətlərin göstərilməsini nəzərdə tutan çox mürəkkəb prosesdir. Bu planda Belarusun Transxəzər nəqliyyat marşrutunun bir hissəsinə çevrilməsi məntiqli olardı. Axı bizim ölkəmiz əlverişli coğrafi mövqeyi, inkişaf etmiş logistika infrastrukturu, ixtisaslaşmış kadrların mövcudluğu sayəsində yüksək tranzit potensiala malikdir.

- Ölkənizin son illərdə sülhməramlı meydançaya çevrildiyini nəzərə alsaq, Belarus Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına öz töhfəsini verəcəkmi?

- Əslində, Belarus həm milli maraqlara, həm də Avropa regionunda sabitliyin möhkəmləndirilməsinə xidmət edən məsuliyyətli siyasətinə görə sülhməramlı statusunu əldə edib, sülhməramlıya “çevrilməyib”. Bu gün bu danılmaz faktı bizim opponentlərimiz də qəbul edir. Minsk dünya ictimaiyyəti tərəfindən haqlı olaraq Ukraynanın şərqindəki vəziyyətin nizamlanması üzrə daha rahat platforma kimi tanınır.

Tam məsuliyyətlə bəyan edirəm: biz bundan sonra da Belarusun paytaxtında müxtəlif formatlarda, müxtəlif səviyyələrdə istənilən münaqişə tərəflərinin barışığı üzrə görüşlərin keçirilməsini təmin etməyə hazırıq. Bu şərtlə ki, münaqişə tərəfləri bizdən müvafiq xahişi etsinlər.

Bu, Dağlıq Qarabağ probleminə də aiddir. Sizə açıq şəkildə deyirəm: belaruslular Donbassdakı hadisələrə laqeyd qalmadıqları kimi, Qarabağdakı hadisələrə də ürəkağrısı ilə yanaşırlar. Bu da təsadüfi deyil. Axı biz hamımız - ukraynalılar, ruslar, belaruslular, azərbaycanlılar, ermənilər və digər xalqların nümayəndələri - böyük bir dövlətin tərkibindən, Sovet İttifaqı adlı mehriban ailədən çıxmışıq. Buna görə də biz harada olmasından asılı olmayaraq, sülhün, normal həyatın və əmin-amanlığın bərqərar olması üçün əlimizdən gələni edəcəyik.

Dağlıq Qarabağla bağlı mövqeyimiz dəyişməz olaraq qalır: problem yalnız danışıqlar masası arxasında və beynəlxalq hüquq prinsiplərinə uyğun həll oluna bilər. ATƏT-in Minsk qrupunun üzvü olaraq Belarus tərəflərə bu münaqişənin sülh yolu ilə həll olunmasında lazımi yardımı göstərməyə hazırdır. Biz bu mövqedən çıxış edirik ki, insanlar üçün öz doğma torpaqlarında sülh və əmin-amanlıqdan daha qiymətli bir şey yoxdur.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir