İDMAN
Aleksandr Usik və Derek Çisora arasında boks görüşü oktyabrda keçiriləcək
Bakı, 20 iyun, AZƏRTAC
Ukraynalı Aleksandr Usik və britaniyalı Derek Çisora arasında boks görüşünün oktyabrda keçirilməsi planlaşdırılır.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə britaniyalı promouter Eddi Hirn məlumat verib. Ağır çəkili boksçuların qarşılaşmasının əvvəlcə mayın 23-də keçirilməsi planlaşdırılırdı.
Otuz üç yaşlı ukraynalı boksçu Dünya Boks Şurasının (WBC), Dünya Boks Təşkilatının (WBO), Dünya Boks Assosiasiyasının (WBA) və Beynəlxalq Boks Federasiyasının (IBF) dünya çempionu titullarına sahib olub. Karyerası ərzində 17 qələbə qazanıb. Otuz altı yaşlı britaniyalı döyüşçünün aktivində isə 32 qələbə 9 məğlubiyyət var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]