DÜNYA
Aleksandr Vuçiç Serbiyada keçiriləcək prezident seçkilərində favorit hesab olunur
Belqrad, 31 mart, AZƏRTAC
Serbiyada aprelin 3-də keçiriləcək prezident və parlament seçkiləri ərəfəsində aparılan sorğu nəticəsində məlum olub ki, hazırkı Prezident Aleksandr Vuçiçin rəhbərlik etdiyi hakim partiyaya - Serbiya Tərəqqi Partiyasına (SNS) dəstək 44,7 faizdir.
AZƏRTAC xəbər verir ki, “Novi treci put” araşdırma şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, hakim partiyanın koalisiya tərəfdaşı Serbiya Sosialist Partiyasının (SPS) rəhbərlik etdiyi seçki alyansının səs nisbəti 5,7 faizdir. Müxalifət partiyalarının formalaşdırdığı “Serbiyanın Qələbəsi Alyansı”na dəstək isə 20,1 faiz səviyyəsindədir.
Sorğuya əsasən, A.Vuçiç prezident seçkilərinin favoritidir və onun səslərin 51,7 faizini yığacağı gözlənilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]
Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək
- 07.05.2024 [14:48]
Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur
- 07.05.2024 [14:14]
Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq
- 07.05.2024 [14:02]