CƏMİYYƏT
ALİ MƏHKƏMƏDƏ GÖRÜŞ
Martın 29-da Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri Südabə Həsənova ATƏT-in Bakıdakı nümayəndəliyinin yeni təyin edilmiş başçısı cənab Piter Burkhardı onun xahişi ilə qəbul etmişdir.
Ali Məhkəmənin sədri xanım S.Həsənova cənab P.Burkhardı yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik etmiş, ölkəmizdəki fəaliyyətində ona böyük uğurlar arzulamışdır.
Görüşdə möhtərəm Prezidentimiz cənab Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılmış məhkəmə-hüquq islahatları haqqında qonağa geniş məlumat verilmişdir.
Görüş zamanı S.Həsənova demokratik hüquqi dövlət quruculuğu işində olduqca mühüm əhəmiyyət kəsb edən və qanunun alililyinə əsaslanan güclü məhkəmə hamiyyətinin yaranmasının, son beş ildə aparılmış köklü islahatların respublikamızda hüquq sisteminin əsaslı surətdə dəyişməsinə, Konstitusiyada bəyan edilmiş prinsiplərin həyata keçirilməsinə xidmət edə bilən məhkəmə hakimiyyətinin bərqərar olmasına gətirib çıxarmasından danışmışdır.
Xanım S.Həsənova Avropa Şurasının üzvü olan dövlətlərin, onların mütəxəssislərinin köməyi ilə yeni Cinayət, Cinayət-Prossesual, Mülki, Mülki Prossesual məcəllələrinin və qanunların qəbul edilməsindən söhbət açaraq demişdir ki, 2000-ci il sentyabrın 1-dən Azərbaycanda məhkəmə hakimiyyəti yeni qanunlarla və yeni keyfiyyətdə işə başlamış, birinci instansiya, appelyasiya instansiyası və kassasiya instansiyası məhkəmələrindən ibarət üçpilləli məhkəmə sistemi vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı məhkəmə müdafiəsi üçün möhkəm təminat yaratmış, məhkəmələrin müstəqilliyi təmin edilmişdir.
Görüşün sonunda səmimi qəbula görə minnətdarlığını bildirən qonaq Azərbaycanda keçirilən məhkəmə-hüquq islahatlarının Avropa ölkələrinin qanunvericiliyinə uyğunlaşdırılması, təkmilləşdirilməsi sahəsində çox önəmli iş görüldüyünü qeyd etmiş, ATƏT-in məhkəmə sistemi ilə əməkdaşlıq edilməsi, dost və işgüzar münasibətlərin möhkəmləndirilməsi işinə kömək göstərməyə hazır olduğunu bildirmişdir.
Ali Məhkəmənin mətbuat